Niyaməddin Musayev: 'Daha Musa haqda sual verməyin
Müğənni Musa Musayevin həyat yoldaşı Təranə Qumralla birgə qonaq olduğu ATV kanalında yayımlanan "7 tamam" verilişindəki çıxışı müzakirə yaradıb.
azxeber.com xəbər verir ki, o, əmisi, Xalq artisti Niyaməddin Musayev barəsində "Niyaməddin kimi əmi görməmişəm, ona canım qurban, evinə gedəcəyəm, hələ oturub nərd də oynayacağam" sözlərini deyib.
Təranə Qumral isə həyat yoldaşının fikirlərinə dəstək çıxaraq "Niyaməddin Musayev Musanın əmisidir deyə yox, xalqın dəyərli, çox qiymətli sənətkarı olduğu üçün biz özümüz də onu sevirik, dinləyirik..." sözlərini deyib.
Sosial şəbəkələrdə müzakirələr zamanı bildirilib ki, Niyaməddin Musayev illərdir, M.Musayevlə küsülüdür, aralarında barışıq olmayıb.
Xalq artisti Niyaməddin Musayev də açıqlamasında qardaşı oğlunun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
"Onların danışıqlarını eşitdim. Sağolsunlar, çox səmimi danışdılar. Mənim də onlara hörmətim var, həmişə də belə olub. Musaya dəstək olmuşam. Xahiş edirəm, daha bu haqda suallar verməyin. Zənnimcə, bu fikrim bəs etdi" - Niyaməddin Musayev deyib.
Aysel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi