Normal dəriyə qulluq edilməsi

Normal dəriyə qulluq edilməsiƏfsuslar olsun ki, bu dəri tipi böyüklərin çox az bir hissəsində təsadüf edilir. Əksər hallarda belə dəri tipi uşaqlarda olur. Normal dəri yumşaq, hamar, təravətli, təmiz, elastik olur. Onun üzərində qırmızı ləkələr və iltihablaşmış sahələr (sızanaqlar, civzələr) nəzərə çarpmır, üzərindəki məsamələr kiçik olur. Belə dəri tipi soyuq, isti, külək və şaxtanı da yaxşı keçirərək praktiki olaraq problemsiz olur. Üzünüz yuyulduqdan sonra dəri dartınmır və qabıqlanma da vermir. Ancaq belə problemsiz dəriyə də gündəlik qulluq etmək (müntəzəm təmizlənmə, nəmləndirmə, qidalandırma və qorunma) lazımdır. Əks halda belə dəri də tez bir zamanda öz üstünlüklərini itirə bilər.
Səhər və axşam normal dərini mütləq təmizləmək lazımdır. Səhər bu məqsədlə su və normal üz dərisinin yuyulması üçün nəzərdə tutulan xüsusi köpüklənən yuyucu vasitələrdən ("penka") istifadə edilir. Dərinin təmizlənməsindən başqa, normal dərini hər gün tonikdən və ya ev şəraitində ot dəmləmələrindən hazırlanan buz parçalarından istifadə etməklə tonuslaşdırmaq lazımdır.
Axşamlar dərini makiyajdan və gün ərzində onun üzərində yığılıb qalan toz və digər çirklənmələrdən təmizləmək üçün təmizləyici kosmetik süddən istifadə etmək olar. Heç bir halda üz dərinizdə makiyajla yatmağa getməyin! Dərinin axşam təmizlənməsindən sonra, yatmazdan təxminən 1,5-2 saat əvvəl dərinizə yüngül qidalandırıcı və ya nəmləndirici (dərinin tələbatından asılı olaraq) krem çəkin və 0,5 saatdan sonra onun qalıqlarını mütləq silin.
Normal dəri üçün çox yağlı kremlərdən istifadə etməyin! O, yalnız dəridəki məsamələri bağlaya bilər! Normal dəri özü üçün lazım olan qədər piy xaric edə bilir!
Həftədə 1 dəfə normal dərini skrabla təmizləmək lazımdır. Vaxtaşırı olaraq normal dərinin salon təmizlənməsinə də (onun mütəmadiliyini həkim-kosmetoloq müəyyən edir) ehtiyacı olur.
Normal dəri daha çox piy yox, nəmlik tələb edir. Buna görə də bu tip dəriyə qulluq etdikdə daim nəmləndirici gel və ya kremlərdən istifadə etmək lazımdır. Nəmləndirici kremdən makiyajın altından özül kimi da istifadə olunur.
Yay aylarında dərinizin həddən artıq qurumasına imkan verməyin. Bu məqsədlə dərinizə günəşdən qoruyan kremlərin çəkilməsi məsləhət görülür.
Həftədə 2-3 dəfə olmaqla normal dəri üçün mağazada satılan və ya ev şəraitində hazırlanan maskalardan istifadə edin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1392   Tarix: 08 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Mətbəxdəki gizli təhlükə: Vücuda daxil olduqda böyrəkləri sıradan çıxarır - FOTO

Evdə yemək hazırlayarkən gigiyena və sağlamlıq qaydalarına ciddi əməl etmək lazımdır. Mətbəxlərdə estetik görünüşünə görə üstünlük verdiyimiz bəzi məhsullar sağlamlığımıza ciddi zərər vura bilər. Məlum olub ki, bəzi "təbii"

.

Bu yeməyi ikinci dəfə qızdırmaq olmaz

Göbələk yeməyini ikinci dəfə isidib yemək olmaz.  xəbər verir ki, göbələk isidildikdə zülal quruluşu pozulur: İlk bişirmədə sabitləşən zülal bağları ikinci dəfə qızdırıldıqda parçalanır. Bu dəyişiklik həzm sistemində "ya

.

Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz

Arıqlamaq, artıq çəkidən xilas olmaq üçün saatlarla idman zalında vaxt keçirmək əlbəttə ki, pis deyil. Amma bəzi halda bu da sizə kömək etmir. Kişilər arıqlamaq üçün bir neçə vərdişlərini də unutmalıdır. 1. Yedikləriniz

.

Son vaxtlar Azərbaycanda yayılan xəstəlik NƏDİR?

Son günlər əhali arasında geniş yayılan və müxtəlif əlamətlərlə müşahidə olunan xəstəlik narahatlıq doğurur. Bir çox insan uzun müddət davam edən qripəbənzər simptomlardan şikayət edir, bəzilərində isə xəstəlik fərqli formalard

.

Mədə xərçəngi xəstələrinin 5 ortaq xüsusiyyəti aşkarlandı

Mədə xərçəngi dünyada geniş yayılmış, lakin çox vaxt gec mərhələdə aşkarlanan xəstəliklərdən biridir. 300-dən çox xəstənin məlumatları əsasında aparılan yeni təhlil bu xəstəliyə yoluxan insanların həyat tərzində ortaq xüsusiyyətlər

.

Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır

Qatıq istehlakının faydası yalnız onun tərkibindən deyil, həm də nə vaxt yeyildiyindən asılıdır. Araşdırmalar göstərir ki, düzgün zamanda yeyilən qatıq həzmdən enerjiyə qədər bədəndə mühüm fərqlər yaradır.  xəbər verir ki

.

Aralıqlı orucla bağlı mif dağıdıldı

Səhər yeməyindən imtina etmək çox vaxt zehni və fiziki məhsuldarlığın azalması ilə əlaqələndirilir. Buna baxmayaraq, son illərdə aralıqlı oruc adlanan qidalanma rejiminin populyarlığı kəskin şəkildə artıb. Milyonlarla insa

.

Göz sağlamlığı üçün vitaminlər həqiqətən faydalıdırmı?

Adətən düşünürük ki, gözlər üçün vitaminlər ekran yorğunluğuna qarşı tez bir həll və ciddi problemlərin profilaktikasıdır. Amma onların həqiqətən görməyə təsir edib-etmədiyini araşdıraq. bu vitaminlərlə bağlı məlumatlar

.

Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər

Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək daha yaxşıdır. xarici mediaya istinadən xəbər verir ki, masada qalan su təhlükəsiz kimi görünsə də, bir neçə saatdan sonra onun tərkibi dəyişə bilər. Dietoloqla

turlar.az

makiyaj instagram gözəllik məhsulları sac duzumleri metbex qlazok sepgilere qarsi maska ana və körpə kosmetika seksler birlik haqqinda zehmet ve zinet seksual nizami gencevi