Nuradan ŞOK SÖZLƏR: İndi kişilər xanımı bir işarə ilə əldə edir və...

Nuradan ŞOK SÖZLƏR: İndi kişilər xanımı bir işarə ilə əldə edir və...Bu yaxınlarda "Dönmək olmur" adlı mahnıya çəkilən yeni klipi ilə tamaşaçılarını sevindirən Nura Suri karyerasının parlaq və məhsuldar dövrlərini yaşamasına baxmayaraq, məhəbbətinə layiq olan insanla qarşılaşarsa, heç düşünmədən sənətdən uzaqlaşa biləcəyini etiraf edib.

Yaradıcılıq fəaliyyətinə aktiv şəkildə davam edən ifaçı Publika.az-a müsahibə verib.

- Nura Suri hər zaman şən və enerjilidir. Nədir sizə güc verən?

- Yəqin ki, övladlarıma olan bağlılığımdır. Onlara hər şeyin yaxşısını vermək istəyirəm və başa düşürəm ki, bu, məsuliyyət ilk növbədə ananın çiyinləri üzərinə düşür. Sözsüz ki, ata da valideyndir, amma yaradan deyil. Bu missiyanı daşıyan anadır. Çox xoşbəxtəm ki, erkən yaşda ana olmağıma baxmayaraq, öz məsuliyyətimi hiss etmişəm. Nəticə etibarilə övlad sevgisi məni sözün yaxşı mənasında sadəcə irəliyə addımlamağa məcbur edib. Dayanmadan çalışıram ki, övladlarımın arzu və istəklərini həyata keçirə bilim. Gücüm analığımdadır...

- Son aylarda fasiləsiz olaraq çalışır və təqdim etdiyimiz yeni mahnılarla pərəstişkar ordusunu daha da genişləndirirsiniz.

- Əslində Nura Surini bəyənən və öz məclislərinə dəvət edən zövqlü və intellektual təbəqə azdır. Təəssüf ki, bu gün bayağı, səviyyəsiz və keyfiyyətlə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan işlər daha çox baxış sayı toplayır. Bəzən müğənni əzab-əziyyətlə klip çəkdirsə də, baxış sayı 100 mini keçə bilmir. Amma hansısa qeyri-peşəkarın, psixoloji cəhətdən anormal insanların videoçarxı rekord qırır, 1 milyondan çox izlənilir. Əlbəttə ki, sənətçi kimi istərdim ki, zövqlü insanların sayı çoxalsın və işlərimiz layiqli dəyərini qazansın.
- Keçən il bir müsahibənizdə ailə qurub sənətdən uzaqlaşmaq istədiyinizi demişdiniz. Qazandığınız nailiyyətləri və məşhurluğu geridə qoymağa hazırsınız?

- Qarşıma özümdən güclü insan çıxmalıdır ki, ona tam etibar edə bilim, karyeradan uzaqlaşım və ailəmlə məşğul olum. O da həqiqətdir ki, bu, indiki zəmanədə çətindir. Qadınlar bir çox işlərdə kişilərdən geri qalmır, həm ailənin yükünü çəkir, həm də öz karyerası ilə məşğul ola bilir.

Əvvəllər kişilər at belində müharibələrə yollanardı, sevdiyi xanımlar uğrunda fədakarlıqlar edərdi. İndi kişilər kluba gedib bəyəndiyi xanımı bir işarə ilə əldə edir, çoxunda nə sevgi qalıb, nə xarakter, nə sanbal, nə də güc... Sevgi ölüb, ülvi hisslər qalmayıb. Hamısı beş dəqiqəlik ehtiras üzərində qurulmuş münasibətlərdir. Odur ki, boşanmaların da sayı artıb. Belə ailə həyatı istəmirəm. Qocalanda yanımda dəstəyini və məhəbbətini hiss edə biləcəyim dayaq istəyirəm. Ömrümün sonuna qədər bir yerdə qocala biləcəyim biri ailə həyatı qura bilərəm, o insan yoxdursa, ailə həyatı da lazım deyil.

Belə insanla qarşılaşsam, düşünmədən sənətdən gedərəm. Qadın övladı xoşbəxt olanda uğuru qazanmış olur. Ayaqlarım üstündə dura bildiyimi artıq özümə sübut etmişəm. İndi xoşbəxtlik və uğuru başqa məsələlərdə görürəm. Qadın kimi xoşbəxt olmaq üçün qocalana qədər qayğına qalan güclü kişinin varlığını hiss etməlisən. Övladları da özün üçün qul böyütmürsən, onlar böyüyüb ailə quracaq. İstəsən də, istəməsən də səndən ayrılıb öz ailəsinin başında duracaq. Valideynin qayğısına qalmaq övladın borcudur, lakin bütün ömrünü sənə həsr etməli deyil. O da öz gəncliyini doya-doya yaşamalıdır. Ana-atamın münasibətinə baxanda könlüm açılır. Belə gözəl ailəni kim istəməz ki? Məyus oluram ki, münasibətlərdə ali dəyərlər azalıb.

Xəbərlər     Baxılıb: 1417   Tarix: 21 yanvar 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

toy gecesi kosmetik vasiteler gelinlikler geyimler cavanlaşdırıcı maskalar sağlamlıq haqqında hamilelikde qidalanma kosmetika baldıza aid hakışta narin faydasi opusme vetene aid atalar sozleri oğlan evine aid hakisda