"Nurayın atası dedi ki, arvadımla qızımı buraxın kanalizasiyaya, axsın getsin"

"Nurayın atası dedi ki, arvadımla qızımı buraxın kanalizasiyaya, axsın getsin""Nurayın anası xəstə olanda atası onun üstünə yeni bir arvad aldı."
Bunu aznews.az-a açıqlamasında 10 yaşlı Nuray Bayramzadənin xalası Mehriban Eldarova bildirib. Onun sözlərinə görə, ata, 5 saylı doğum evinin həkimi Əvəz Bayramov Nuraydan özü imtina edib:
"2004-cü ildə Nurayın anası ilə atası evlənib. Nuray qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Həmin vaxtı Nurayın anasında şiş olub. Biz də dedik ki, həyat yoldaşı həkimdir, yəqin bir çarə tapacaq. Sən demə şiş bədxassəli imiş. Həkim olsa da o, bunu bizdən gizlədib. O, birlikdə yaşayanda Nuyarın anasının gününü "qara edib". Ona balkona çıxmağa belə icazə verməyib, yazıq bacım 4 divar arasında qalıb. Hər gün evdə həyat yoldaşına fiziki zor, alçatma tətbiq edirmiş. Axırda da ona deyib ki, "Mən belə yaşaya bilmərəm, evlənməliyəm. Bu otağa da təzə arvadımı gətirəcəm". Bacım buna razılaşmayanda onu uşağı ilə birlikdə bizim həyətə buraxıb gedib. Gedərkən qapını döyüb onları bizə gətirdiyini belə xəbər verməyib. Üzü-üzümə demədi ki, bacın xəstədir, bu səbəbdən istəmirəm".
Mehriban Eldarova qeyd edib ki, Nurayın anası müəllimə idi: "Başladı işləyib həyatını davam etdirməyə. Bir neçə aydan sonra dedi ki, "Mehriban məni süd vəzim narahat edir, gedək həkimə görüm mənə nə olub". Getdik həkimə, dedilər xərçəngdi. Artıq xəstəlik bütün bədənə yayılmışdı. Evimi satıb onun müalicəsinə xərclədim ki, bəlkə sağala. Iki il o, xərçənglə zülm çəkdi. Həmin vaxtı Nurayın atasına zəng etdim, vəziyyəti danışdım. Dedi ki, "arvadım, uşağım var, evimdə artıq söhbət istəmirəm, buraxın kanalizasiyaya, axsın getsin". Belə tərbiyyəsiz cavab verdi. 2010-cu ilin oktyabrında bacım dünyasını dəyişdi. Heç qapıdan belə girib baş sağlığı vermədi. Üstündən bir il keçəndən sonra bacımın il mərasimində evə bildiriş gəldi. Açanda baxdıq ki, bizi məhkəməyə verib, uşağı tələb edir. Mən də həmin vaxtı uşağı qəyyumluğa götürmüşdüm. Həmin qəyyumluq Qubada ləğv edilib."
Mehriban Eldarova hesab edir ki, Nurayı atasına vermək onun ölümünə sərəncam verməkdir: "Nuray ağıllı baladır, 2 yaşında əlini göyə tutub ki, "Allah baba anamı cici elə". Beləcə Allaha yalvardı, amma nə mənası? O, mənə ana deyir. Özü də həkimin kağızı var, ona zor tətbiq eləmək olmaz. Mənim Nurayı atasına verməyim o deməkdir ki, onun ölümünə imza atıram. O, məndən ayrıla bilməz, Nuray bunu istəmir."

Xəbərlər     Baxılıb: 2372   Tarix: 07 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

turlar.az

kosmetika mehsullari geyim şəkilləri reseptler hakışta sözləri ayaqda qabar elaci meyvələrin faydası kosmetika vidyolar kurtlar vadisi vətən haqqında bayatılar insan novruza aid