"O qədər içib ki, qarnı burnuna dəyir" - Elzadan Azərpaşa Nemətova sərt sözlər

"O qədər içib ki, qarnı burnuna dəyir" - Elzadan Azərpaşa Nemətova sərt sözlərƏməkdar artist Elza Seyidcahan Akademik Milli Dram Teatrının rəsmi status almasının 100 illiyi ilə bağlı keçirilən tədbirdə direktor Azərpaşa Nemətova sərt şəkildə etirazını bildirib.
Open.az xəbər verir ki, o, bu barədə ölkə.az-a danışan bəstəkar-müğənni deyib ki, sözügedən tədbirdə "Azdrama"dan daha çox A.Nemətov barədə xoş sözlər səsləndirilib:
"Gileylənməyi xoşlamıram. Ancaq teatrla bağlı ən böyük işim Vahid Əzizin sözlərinə yazdığım himndir. Bu himni bilməyən aktyor yoxdur. Adətən, əlamətdar günlərdə bu himn oxunur, hətta bunu məndən tələb edirlər. O tədbirdən çıxanda da aktyorlar dedilər ki, biz o mahnını, himni gözləyirdik. Sanki günahkar mən idim. Dedim ki, bu, mənim səlahiyyətimdə deyil. Mən də məyus oldum. Sanki ora teatrın yox, Azərpaşa Nemətovun yubileyinə gəlmişdik. Tədbirin sonunda karnaval k‫imi şar, fişəng partlatmaq əvəzinə aktyorların himnini vermək daha yaxşı olmazdımı? Sənəti qoyaq bir kənara. Azərbaycan kişisinə qadına diqqət göstərmək yaraşır. Mən bu yaşımda həm anayam, həm nənəyəm, ailə saxlayıram. Ancaq buna baxmayaraq, bəzən balalarımın boğazından kəsib, sənət əsərləri yaratmağa çalışıram. Amaliya Pənahova sağlığında dedi ki, biz aktyorları çox sevirik, amma Elza bu əsəriylə bizə sevgisini bir daha sübut etdi. Yəni, aktyorları belə sevərlər. O da, Məleykə Əsədova da bu əsəri oxumaq istəyirdi. Bu mahnı 15 ildən artıq keçsə də, sanki bu gün yazılıb".
E.Seyidcahan bildirib ki, Azərpaşa Nemətov nə sənəti, nə də teatrı sevmir:
"Azdrama"nın Ədil İsgəndərov, Ələsgər Ələkbərov, müasir dövrümüzdə Fuad Poladov kimi nəhəngləri olub. Amma o, nə aktyorları, nə də teatrı sevmir. Ora bir gürcü aktyor gəlmişdi, buna çaxır gətirmişdi. Çaxırı görən kimi tez qabağa hoppandı. O qədər çaxır içib ki, qarnı burnuna dəyir. O qədər çaxır içib ki... (həmin ifadəni yazmırıq - red.) Çaxır üçün tez qabağa gəlir. Bütün aktyorlar da çıxanda ona lənət oxudular. Biz Azərpaşanın yubileyinə gəlmişdikmi? Amma hiss edirəm ki, aktyorlar da ondan qorxurlar. Aktyor direktordan qorxursa, o, səhnədə heç nə yarada bilməz. Aktyor yaradıcı insandır, sərbəst olmalıdır, rahat şəkildə fikrini ifadə etməyi bacarmalıdır. Lakin gördüm ki, aktyorlar ondan necə çəkinirlər. O tədbirdə cənab nazir Əbülfəs Qarayevin çıxışını dinlədim. İstərdim ki, Azərpaşa Nemətov heç olmasa onun dediklərindən dərs götürsün". /open.az

Şou Biznes     Baxılıb: 1834   Tarix: 04 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Azərbaycanlı musiqiçi intihar edib

Azərbaycаnlı musiqiçi İlham Razin vəfat edib. Bu haqda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu məlumat yayıb. Hüseyn bir neçə gün əvvəl qoşanağara ifaçısı olan İlham Razinin intihar etdiyini və onun maddi yardıma ehtiyacı olduğun

.

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

.

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?

ABŞ-li pop-ulduz Selena Qomes özünün "Instagram" hesabında veypdən istifadəni dayandırdığını açıqlayıb. Məşhur müğənni səsində yaranan dəyişikliklərdən sonra elektron siqaret (veyp) çəkməmək barədə qərar qəbul edib

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

turlar.az

donlar 2026 qis geyimləri 2026 yay geyimləri 2026 manqal salati dil haqqinda atalar sözləri qadinda cinsi isteksizlik bizim məşhurlar kosmetika toy gecesi atalar sozleri hekaye janri vətən haqqında bayatı efsaneler