"O qız balaca boyu ilə mənə hücum edirdi, fotoaparatını ağzıma dirəmişdi" - İCRA BAŞÇISI DANIŞDI

"O qız balaca boyu ilə mənə hücum edirdi, fotoaparatını ağzıma dirəmişdi" - İCRA BAŞÇISI DANIŞDIYasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ötən gün Hacı Cavad məscidi ərazisində ona sual verən jurnalistə əl qaldırması məsələsinə münasibət bildirib.
Xanim.az bildirir ki, icra başçısı ölkə.az-a açıqlamasında jurnalisti döymədiyini və bu barədə yayılan xəbərlərin doğru olmadığını söyləyib:

"Həmin vaxtı mən yol gedirdim, rəhbərliyin göndərdiyi ismarışı bunlara demək üçün özümlə 5 nəfər icma üzvlərini də aparırdım. Həmin vaxtı bir jurnalist fotoaparatı ağzıma dirəmişdi ki, bu dəqiqə mənə müsahibə ver. Mən də ona bir neçə dəfə dedim ki, ay xanım, çəkil kənara, imkan ver bunları aparım. Hətta, jurnalistə dedim ki, məscid nə indi, nə də sabah sökülməyəcək. İcazə verin, rəhbərliyin tapşırıqlarını yerinə yetirim, sonra sizə də müsahibə verərəm. Elə də oldu. Ancaq həmin jurnalist təkid edirdi ki, bütün məsələləri saxlayıb ona müsahibə verim. Axı belə olmaz! Hər bir insanın şəxsiyyəti var. Olmaz da, adamı bu qədər boğaza dirəmək. Mənim yerimdə başqaları olsaydı, onlar da eyni cavabı verərdi. Mən o jurnalistə nə deməli idim? Normal dillə dedim ki, xanımsan da, çəkil kənara, icazə ver bu adamlarla danışıq aparım, məsələyə aydınlıq gətirim. Görürdü ki, o insanlar narahatdırlar, məsələyə aydınlıq gətirilməsini istəyirdilər. Ancaq həmin jurnalist mənə imkan vermirdi ki, camaatla danışım. Belə olmaz! Bizim bəzi müxbirlər etik qaydaları kobud şəkildə pozur. Deyirlər ki, mən müxbirəm, mənə mütləq cavab verməlisən və sairə. Bu doğru deyil. Dünən məscidin önündə olan bütün jurnalistlərin suallarını normal şəkildə cavablandırdım. Ancaq bir o qız jurnalist bizi başa düşmək istəmirdi, öz bildiyini etməyə çalışırdı, balaca boyu ilə adama hücum edirdi".

İ.Mehdiyev bütün jurnalistlərə açıq adam olduğunu vurğulayıb:

"Mən bütün jurnalistlərə açıq adamam, mətbuatla hər zaman dostluq etmişəm, onların bütün suallarını cavab verirəm. Orada da ən azı 10 jurnalist var idi, onların hamısına cavab verdim, hər biri də razı qaldı. Ancaq mətbuat da qarşısında olan insanı saymayanda, ona hörmət etməyəndə, yaxşı olmur. Axı biz də insanıq, şəxsiyyətimiz var, özümüzə hörmət edən adamlarıq. Belə olmaz axı! Mən jurnalistə qarşı necə hörmət edirəmsə, o da mənə qarşı eyni münasibəti göstərməlidir".

Qeyd edək ki, hadisə icra başçısının "Sovetski"də tarixi "Hacı Cavad" məscidinin sökülməsi ilə bağlı keçirilən etiraz aksiyaları zamanı əraziyə gəlişi zamanı olub. Fərqanə Novruzova adlı jurnalist hadisə yerinə gələn İ. Mehdiyevdən açıqlama almaq istəyib. Lakin başçı ona kobud şəkildə "açıqlama vermirəm" deyərək, getməyə başlayıb. Xanım jurnalist açıqlama almaq üçün İ.Mehdiyevin arxasında gedib. Bu zaman başçı ona qarşı kobudluq edib.

Xəbərlər     Baxılıb: 1490   Tarix: 13 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

turlar.az

geyim necə seçməli hamiləlik gozel gorunmek gənc ana heyvanlar qış geyimləri geyimler 2026 kosmetika gunay xlor lekesi ikizler qurd ve quzu oglaq