O, "Victoria Secret"in mələklərindən biridir
Barbara Palvin 1993-cü ildə oktyabrın 8-də Budapeştdə, sadə ailədə anadan olub. Bu qızın gözəlliyi 13 yaşı olanda kəşf edilir."Victoria Secret" həmişə ən yaxşı bədənləri seçir. Və o, "Victoria Secret"in mələklərindən biridir.
Təkcə "Victoria Secret"lə deyil, "H&M", "Armani Exchange", "Pull and Bear", "Louis Vuitton", "Miu Miu", "Nina Ricci", "Ungaro", "Christopher Kane", "Julien Macdonald", "Jeremy Scott", "Calvin Klein " və başqa bahalı markalarla işləyib.
Hamı səbirsizliklə moda jurnallarının təzə nömrələrində onun yeni fotolarını və müsahibələrini gözləyir.