Öd kisəsi

Öd kisəsiÖd kisəsinin xəstələnməsi və ya şişi həzm prosesinin pozulması, köp yaranması, ürək bulanma və qızdırma ilə nəticələnir. Xəstəlik zamanı ilk növbədə istirahət etmək, sadə və sulu xörəklər işlətmək lazımdır. Bu zaman innab və qaynanmış arpa suyu yaxşı tə"sir göstərir. Kasnı şirəsi, kahı, cücə və təzə pərpərən işlətmək faydalıdır. Duzlu və yağlı xörəklərdən, yumurta yeməkdən pəhriz saxlamaq lazımdır.

Öd kisəsi xəstəliyi və öd yolunun tutulması zamanı, qida rejiminin pozulması böyük narahatlıq doğurur. Qeyd etmək lazımdır ki, sinir sistemində olan pozğunluq, çox fikirləşmək, qüssələnmək, daxili iztirablar, uğursuzluq və ümidsizlikdən doğan ruh düşgünlüyü, qorxu və başqa duyğular da öd kisəsinin funksiyasının pozulmasına öz tə"sirini göstərir.

Xəstəliyin müalicəsi üçün üzüm rejimi saxlamaq, turş üzüm işlətmək lazımdır. Turş üzüm olmasa şirin üzüm şirəsini çəkib, ona bir qədər su qatmaqla şirinliyini azaldıb, istifadə etmək olar. Bir müddət hər gün turş üzüm, sonra isə bir gün üzüm şirəsi, o birisi gün limon şirəsi işlətmək lazımdır.

Öd çoxluğu zamanı xiyar yemək məsləhət görülür. Öd kisəsində qum olarsa, qarğıdalı saçaqlarının dəmləməsindən istifadə edilir. Öf ifrazına kömək edən kasnı kökünün dəmləməsindən (50q kökü 1L suda dəmləmək lazımdır) 1 fincan səhərlər acqarına, 1 fincan isə gecə yatmazdan qabaq işlətmək məsləhət görülür.

Öd yolunun tutulmasının qarşısını almaq üçün yeməkdən sonra yersarmaşıqının dəmləməsindən 1 fincan içmək məsləhətdir. Öd yolunun tutulması və öd kisəsində daşlaşma zamanı, 25q yabanı kasnı yarpağının 1L suda dəmləməsindən istifadə edir, yaxud 20–25q zirinc kökünün azca qaynadıb süzür və bir qədər şirinləşdirərək işlədirlər. Öd kissəsini fəaliyyətini tənzimləmək və gücləndirmək məqsədilə, səhərlər 1 qaşıq zeytun yağı içmək məsləhətdir. Bu, bağırsaqların fəaliyyətinə də yaxşı tə"sir göstərir. Həzmin tənzimlənməsi üçün abqora, zirinc şirəsi və albalı işlətmək lazımdır. Öd kisəsi xəstə olanlar duru xörəklər yeməklə, xörəklədə göyərtilər, dənli bitkilər, o cümlədən arpa, kasnı işlətməlidirlər. Arpanın qaynanmış suyu çox faydalı sayılır. Cücə və dana ətindən istifadə etmək məsləhət görülür.

Öd kisəsinin şişməsi zamanı çətin həzm olunan və köp törədən qidalardan, tünd və ağır yeməklərdən pəhriz saxlanmalıdır. Bu zaman portağal və ya onun şirəsini, şahtut, zirə işlətmək tə"sirli vasitələrdən hesab edilir.

Hələ keçmişdən həm ədviyyə, həm xörəkləri rəngləmək, həm də orqanizmin sağlamlığını tə"min edən qida maddəsi kimi, sarıkökdən istifadə edirlər. Sarıkök bağırsaqları möhkəmlədir, həzmə kömək edir, öd kisəsi üçün faydalıdır; öd kisəsində daşlaşmaya qarşı münasib tədbirdir. Öd kisəsində daş olanlar həmçinin alma yeməlidirlər.

Sağlamlıq     Baxılıb: 2108   Tarix: 13 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

turlar.az

geyim və ayaqqabılar gözəllik məhsulları qadın geyimi gavalı salatı hakista hamiləlik və analıq şef master kosmetika bahar sac duzumleri damla novruza aid hakistalar bir arzum var