Öd kisəsi müalicəsi

Öd kisəsi müalicəsiÖd kisəsi daşının yeganə müalicə üsulu daşın olduğu öd kisəsinin əməliyyatla çıxarılmasıdır. Keçmişdə dərmanla əridilməsi, böyrək daşlarına bənzər bir sıra alətlərlə daşların qırılması kimi üsullarla müalicə edilməsi yoxlanılmışdır. Amma bunların heç bir faydası olmamışdır. Çünki problem oradakı daşların məhv edilməsi deyil. Əgər əsas mexanizm aradan qaldırılmazsa daşlar yenidən yaranar. Məsələn, dərman müalicəsi ilə daşları əritmək olar ancaq bu əziyyətli bir yoldur- amma bir neçə həftə sonra eyni yerdə yenidən daş yaranır. Daşları sındırdığınız zaman da eyni şey olur. Hətta qırılan daşlar daha böyük problemlərə yol açdığı üçün artıq heçtətbiq olunmur. Onun üçün bu daşların əsas öd kanallarında deyil,öd kisəsində ortaya çıxdığını düşünsək müalicə, daşların əmələ gəldiyi yeri ortadan qaldırmaq olmalıdır. Əlavə bir problem varsa, məsələn, daş,əsas öd yolunun alt ucunu bağlayıbsa, o zaman təbii ki, əlavə başqa müalicələr də tətbiq etmək lazımdır.

Öd kisəsi müalicəsi

Öd kisəsi daşının əlamətləri nələrdir?

Öd kisəsində yaranmış olan daşların bir hissəsi heç bir əlamət vermir. Əlamət verənlərdə ən mühüm işarə isə ağrıdır. Ağrı qarının sağ üst tərəfində, adətən şiddətli bir şəkildə bir neçə saat davam edir. Bəzən belə ağrı sağ çiyin
ə də vurur. Adətən ani başlayır. Yeməklərlə əlaqəsi vardır və tez-tez yemək yedikdən sonra ortaya çıxır. Tez-tez ürək bulanması və qusma olur. Bu şikayətlər öz özünə, ya da dərman müalicəsi ilə keçə bilər. Ağrı 24 saatı ötərsə tıxanmanın daimi olduğunu düşünmək lazımdır. Yəni əlamətlərdən biri, öd kisəsindəki daşın bir yeri tutaraq keçib getməsidir. Keçməyən ağrı, daşın öd kisəsinin giriş kanalını bağladığı anlamına gələ bilər. Daş, öd kisəsi kanalını tutarsa o zaman kəskin xolesistit xəstəliyi ortaya çıxır. Bu xəstəliyin % 95-i öd kisəsi daşına bağlıdır. Çox daha aşağı nisbətdə şişlərə də bağlı ola bilər. Bu xəstələr adətən keçici ağrıları olan xəstələrdir. Bu halda; Qarının sağ üst tərəfində, orta ya da daha şiddətli bir ağrı olur. Bu ağrı müayinələrdə də özünü birüzə verir. Bəzən ağrıdan əlavə xəstənin az temperaturası, iştahsızlığı,mədə bulanması və qusması olur.Xəstə hərəkət etdikcə ağrı artır və zaman içərisində şiddətlənir.

Başqa əlamətləri varmıdır?

Öd kisəsi daşının başqa bir əlaməti sarılıqdır. Öd kisəsi daşına bağlı olaraq görünən sarılıq, əsasən daşın öd kisəsindən düşüb əsas öd yolunu bağlamasına bağlı olaraq, qaraciyərdən çıxan öd bağırsağa çatmaması və qanda yığılıb qalması ilə əmələ gəlir. Bunu anlamaq çox çətin deyil diaqnozu asanlıqla qoyulur. Adətən ağrı da olur bu sarılıq növündə. Sarılıq, daşın o bölgəni bağlamasından bir neçə gün sonra ortaya çıxır.

Bir də öd kisəsində daşı olan insanların yeməklərlə əlaqəli səbəbi müəyyən edilməyən şikayətləri olur. Bu xəstələrdə; Qarında qaz, yeməkdən sonra narahatlıq, yüngül mədə bulanması,qarında şişlik kimi çox spesifik olmayan şikayətlər də tez-tez eşidilir.

Fuad Nəzərov

Sağlamlıq     Baxılıb: 8888   Tarix: 13 noyabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

turlar.az

yaz geyimleri 2026 aksessuarlar sac duzumleri toylar masaj ataya aid atalar sozleri qış ayaqqabıları kosmetika video vətənə aid rus dili 2ci ders azerb clpaq qadinlari novruza aid hakistalar