Ödem sindromu

Ödem sindromuÖdem - qanla toxumalar arasında su mübadi­lə­­si­nin pozulması nəticəsində hüceyrəarası boşluqda izafi maye toplanması deməkdir.
Ödemlərin daha çox rast gəlinən yaranma səbəbləri
Burada ödemləri yerli və ümumi qruplara ayırmaq vacibdir. Ümumi ödemlər ürək, böyrək, qaraciyər xəstəlikləri ilə törədilir. Digər səbəblər - hipoproteinemiya, hipotireoz.
Yerli ödemlər səbəbindən və patogenezindən asılı olaraq, aşağıdakı növlərə ayrılır:
1. Venoz ödemlər: dərin venaların kəskin trombozu, xroniki venoz çatışmazlıq (varikoz xəstəlik, posttromboflebitik sindrom)
2. Limfatik ödemlər (ilkin və ya ikincili limfedema)
3. Dərman vasitələrinin qəbulundan törənən ödemlər
Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, həkimin xüsusi diqqət yetirməli olduğu və vəziyyətin ağırlığına dəlalət edən, yaxud ciddi fəsadların prediktoru hesab olunan xüsusiyyətlər və ya simptomlar, bir növ "qırmızı bayraqlar" mövcuddur.
• Ödemlərin qəflətən və ya sürətlə artması;
• Birtərəfli ayaq ödemi və ya ayaqların asimmetrik ödemi;
• Ayaqların ödemi ilə yanaşı, təngnəfəsliyin artması, uzanıqlı vəziyyətdə boğulma
Ödemlər, eləcə də hipoonkotik olur, belə ki, anemiya fonunda onkotik təzyiqin dəyişməsi nəticəsində qanın maye hissəsi "sızır".
Hidrotoraks - plevral boşluqda mayenin toplanması. Maye sağda toplanırsa, bu, adətən, ürək çatışmazlığının əlamətidir. Tutaq ki, mio­kard infarktı keçirmiş xəstənin ürək əzələsi qismən yığılma qabiliyyətini itirir, çapıq dəyişikliyi əmələ gəlir və sol mədəcik aktiv yığılmır, qanı tam həcmi ilə aortaya ötürə bilmir, qan sol mədəcikdə, sol qulaqcıqda, ağciyər venalarında, ağciyərlərdə və sağ tərəfdə durğunlaşır, çünki anatomik olaraq müəyyən xüsusiyyətlər var: sağ ağciyər üç paydan ibarətdir, toporafik olaraq qaraciyərin üzərində "oturur", ağciyər arteriyasının gövdəsi qısadır. Demək, ağciyərlərin rentgenoqrammasında və ya
kompüter tomoqrafiyasında sağ plevral boş­­luq­­­da maye aşkar olunursa, xəstənin elektro­kar­di­o­qrammasına və damar anamnezinə diqqət yetirmək vacibdir.
Amma maye sol plevral boşluqda təyin edilirsə, adətən, spesifik proses (yenitörəmə və s.) mövcuddur.
Assit - qarın boşluğunda çoxlu miqdarda sərbəst mayenin toplanması deməkdir (adətən, transsudat).
Assitin yaranma səbəbləri
Qaraciyər xəstəlikləri - portal hipertenziya sindromu inkişaf etməklə qaraciyər sirrozu; qaraciyərin metastatik zədələnməsi; hepatosellülyar karsinoma
Ürək-damar sistemi xəstəlikləri - durğunluq ürək çatışmazlığı, konstriktiv perikardit;
Böyrək xəstəlikləri - nefrotik sindrom;
Onkoxəstəliklər - peritonun kanseromatozu;
Peritonun birincili xəstəlikləri - vərəmli peritonit;
Endokrin sistemi xəstəlikləri - hipotireoz.
Ödem sindromunun üç yaranma səviyyəsi:
1. Böyrəküstü / qaraciyərüstü: durğunluq ürək çatışmazlığı, portal qaraciyər sirrozu;
2. Böyrək/ qaraciyər səviyyəsi: qlomerulonefrit, amiloidoz.
3. Böyrəkaltı / qaraciyəraltı səviyyə: kiçik çanaq onkologiyası.
Milli.Az

Xəbərlər     Baxılıb: 1733   Tarix: 02 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

aksessuarlar adlarin menasi reseptler ureyin isemik xestelikleri hamilə qala bilmək əlibala hacızadə hamilə qadın kosmetika qurd xəstəliklərinə qarşı mualicə uşaq şeirləri cinsi əlaqə sevda qiz evi ucun