"Oğlumu görəndə tanımadım" - İbrahim Borçalı
ARB TV-nin "Elgizlə İzlə" verilişinə telefon bağlantısı ilə qoşulan müğənni İbrahim Borçalı rəhmətə gedən oğlu Rəhimdən danışıb.
Open.az xəbər verir ki, sənətçi son illər övladı ilə az vaxt keçirməsindən danışıb:
"Həyat çox acımasızdır. Oğlumu tanımadım. Tətil vaxtlarında gələrdi. Deyirdim ki, sən evdə ol, mən getdim. Son illər oğlumla ünsiyyətdə olmadım. İnsan bilmir başına nə gələcək. Saytlar yazır ki, ona maşın almışam. Almamışdım, heç istəmirdi. Özü 2 il öncə imtahan verib sürücülük vəsiqəsi almışdı. Oğlumla yoldaşım Gürcüstan qeydiyyatı olduğu üçün qanunla orada qaldı.
Gəlməyinə 5 gün qalmışdı. Səhər 10-da yuxudan durub rayona banka getmək istəyib. Qonşunun oğlu hər gün işə səhər saatlarında gedir. Amma həmin gün yatıb qalır. Oğlum ondan soruşanda ki, hara gedirsən, rayona gedəcəyini deyib. Oturub qonşunun oğlunun maşınına. Qonşunun uşağı sürət həddini aşıb və ötmə əməliyyatı zamanı qəza törədib. Nəticədə rəhmətə getdi və özü ilə bərabər mənim uşağımı da apardı".
Qeyd edək ki, ifaçının 21 yaşlı oğlu Rəhim Həsənov 18 iyul tarixində avtomobil qəzası nəticəsində həyatını itirib.









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür