"Oğlumun toyunu görmək istəyirəm..." - Xərçəngdən dünyasını dəyişən xalq artistimizin SON ARZUSU

"Oğlumun toyunu görmək istəyirəm..." - Xərçəngdən dünyasını dəyişən xalq artistimizin SON ARZUSUBu gün səhər saatlarında dünyasını dəyişən dəyərli sənətkar, xalq artisti Fuad Poladov bir neçə ay əvvəl "Şərq" qəzetinə xəstəliyi ilə bağlı müsahibə vermişdi.

BiG.AZ sözügedən müsahibəni təqdim edir:

- Necəsiz, Fuad müəllim?
- Şükür, babatam. Müalicə alıram.

- Xalq artisti Rasim Balayev də müalicə üçün Türkiyəyə göndərilir. Hələ də xaricdə ən azı müalicə almamaqda israrlısız?
- Allah bütün xəstələrə kömək etsin. Mən ilk gündən demişəm ki, vətənpərvər insanam. Vətənimdə müalicə olacam. Öz həkimlərimə inamım var. Mən xalq artistiyəm, necə xaricə gedib deyim ki, mənim ölkəmdə olan həkimlər bacarmadılar, müalicəmin təsiri olmadı. Bunu demək istəmirəm.

- Amma xəstəlik elə bir sınaqdı ki, onu bir az ciddi qəbul edib, məsuliyyətlə yanaşmaq lazımdı. Bəlkə inad etməyəsiniz. Xaricdə müalicənin sizə müsbət təsiri olar.
- Təbii ki, xəstəliyimi ciddiyə alıram. Qaldı müalicənin xaricdə daha çox effekt verəcəyinə, bəlkə də həqiqətən xaricə getsəm, daha böyük təsiri ola bilər. Amma neyləməli? Nə olacaqsa, olsun. İlk gündən demişəm ki, mən ancaq Azərbaycanda müalicə alacam. Xaricdən dərmanlar gətizdirirəm.

- Kifayət qədər ağır və müalicəsi bahalı olan xəstəlikdi. Dərmanlar üçün maddi imkanınız yetərincədi, ya kömək edənlər olur?
- Bəli, bahalı müalicədir. Amma heç kimdən kömək almıram. Ancaq öz gücüm çatanı edirəm.

- Mətbuat sizin xəstəliyinizdən bu qədər yazır. Mədəniyyət və Turizm Nazirliyi yenə də reaksiyasız qalıb?
- Mən sizə ötən dəfə açıqlamamda qeyd etmişdim. Mədəniyyət Nazirliyi deyilən bir anlayış mənim üçün artıq yoxdur. Çünki elə bir orqan tanımıram. Bizdə Mədəniyyət Nazirliyi yoxdur. Ancaq Turizm Nazirliyi var. Ummuram da onlardan.

- Bəs Kinematoqrafçılar İttifaqı necə, bu müddətdə sizinlə danışıbmı?
- Kinematoqrafçılar İttifaqının rəhbəri Şəfiqə Məmmədova mənimlə bir neçə dəfə əlaqə yaradıb. Nə kömək lazım olduğu ilə maraqlanıb. Moskvadan Rüstəm İbrahimbəyov əlaqə yaradıb ki, gəl bura, nə lazımdı kömək edim. Almaniyadan tanımadığımız bir azərbaycanlı zəng edib ki, Almaniyaya gəlin, sizi müalicə etməyə kömək edim. Türkiyədən də bir azərbaycanlımız mənimlə şəxsən əlaqə yaratdı ki, Fuad müəllim, Türkiyədə bütün xərcləri ödəyirəm, gəlin bura. Mən razı olmadım. Sağ olsun, narahat olan hər kəs. Amma mən Azərbaycandan kənara çıxan deyiləm. Mən bir söz demişəmsə, onu da edəcəm.

- Həkimləriniz nə deyir?
- Həkimlər tam söz deməsələr də, gözlərindən oxuyuram ki, bir az da olsa ümidi var, bir az da yaşamaq olar.

- Bəzən insan özü də güclü olmalıdır ki, xəstəliyə güc gəlsin. Özünüzdə inam varmı?
- Əlbəttə. Ümidim var ki, yaxşı ola bilərəm. Tam sağalmaq bu xəstəliklə mümkün deyil, bilirəm. Amma bir az ümid ola bilər. Mən artıq xəstəliyimi sevməyə başlamışam. Xərçənglə sevgi oyunu oynayıram, onu sevməyi öyrənirəm. Hərçənd deyirlər ki, xərçəngi sevmək olmaz. Amma mən xərçəngi sevirəm. Onun şıltaqlığını qəbul etməyə başlamışam.

- Xərçəngin nazı ilə oynamağa başlamısız...
- Bəli. Tam doğru qeyd etdiniz. Xəstəliyimi sevməyə başlayıram. Bilirəm ki, bu elə xəstəlikdi ki, məndən bir də əl çəkməz. Sadəcə bir az xərçəngdən möhlət istəyirəm. Ona görə də onunla oynayıram.

- Möhlət istəyirsiz dediniz. Nəyi çatdırmağa arzulayırsız? Bəzən insan həyatda nəyəsə çatmaq, nəyisə çatdırmağa tələsir. Yəqin sizin də bu möhlət dövründə çatdırmaq istədikləriniz var...
- Var. Həqiqətən möhlət istəyirəm ki, bəzi işləri çatdıra bilim. Düzdür, səhnədən artıq əlimi üzmüşəm. Artıq heç vaxt səhnədə olmayacağımı qəbul etmişəm. Bilirəm ki, mənim ora bir daha qayıdışım olmayacaq. Amma şəxsi həyatımda çatdırmaq istədiklərim var.

- Övladlarınızla bağlı arzularınız var. Bunu deməyə çalışırsız?
- Bəli. Duyğusal görünmək istəməmişəm heç vaxt. Amma deyəsən bu xəstəlik məni bir az da duyğusal edə bildi. Ata olaraq arzularım var. İki övladım var. Qızım ailə qurub. Amma oğlumu evləndirməmişəm. 28 yaşı var. Oğlumun toyunu görmək, onu yerbəyer etmək istəyirəm. Buna görə xəstəliyimdən möhlət istəyirəm. Çox istərdim ki, oğlumdan da arxayın olum, bilim ki, ailə sahibidi. Bu məni sakit edə bilər. Hər ata kimi oğul toyunu görmək arzum var. Buna görə Allahımdan da, xəstəliyimdən də möhlət istəyirəm.

Xəbərlər     Baxılıb: 3791   Tarix: 05 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

turlar.az

qadın geyimi toy makiyajlari hamiləlik bal maskasi uz ucun şəbəkə sənəti allergiya qaşların formalari kosmetika yemek reseptleri burclerin uygunlugu itburnu geyim muellim seiri