Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Özünüzdən muğayat olun..." - FOTO

2016-cı ilin aprel döyüşlərində şəhid olmuş leytenant Qabil Orucəliyev...
Zabit döyüşlərin qızğın vaxtı itkin düşmüş hərbçilərimizin siyahısında idi. Ondan bir neçə gün xəbər almaq mümkün olmamışdı. Nəhayət ermənilərin internetdə paylaşdıqları şəkilləri görən ailəsi Qabili tanımışdı. O, şəhid olaraq ermənilərin nəzarətində olan ərazidə qalmışdı...

Aprelin 10-da beynəlxalq təşkilatların vasitəçiliyi ilə şəhidimizin nəşi ermənilərdən alındı, bir gün sonra isə dəfn olundu...
Ölümündən 4 gün əvvəl oğlu dünyaya gəlmişdi, amma üzünü görməmişdi... Məzuniyyətə gəlməliydi, oğlunu görmək üçün... Heç uşağa ad da qoymamışdılar... Qabili gözləyirdilər... Amma aprel döyüşləri Qabilin məzuniyyət almağına imkan vermədi... Şəhid oldu... Özünün adını oğluna verdilər - Qabil Qabil oğlu Orucəliyev...

"Qabil 10 ay olardı ki, ailə həyatı qurmuşdu. 2016-cı ilin 29 martında övladı dünyaya gəlmişdi. Amma Qabil övladının üzünü heç vaxt görə bilmədi".

Bunu modern.az-a açıqlamasında 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olan leytenant Qabil Orucəliyevin anası Nuriyyə Orucəliyeva deyib.

Nuriyyə xanım deyir ki, nəvəsi çətinliklə dünyaya gəlib.

"Ona görə də Qabilin mümkün qədər evə tez gəlməsini xahiş etdik. Qabil isə evə gəlməsinin qeyri-mümkün olduğunu bildirdi. "İşi qoyub gələ bilmərəm. Əgər məzuniyyət götürə bilsəm, gələcəm"-dedi. Evə gəlməyə heç tələsmirdi. İşinə çox bağlı idi. Axırıncı dəfə aprelin 1-də telefon danışığımız olmuşdu. Yoldaşı da həmin vaxt xəstəxanada idi. Elə aprelin 1-i o da axşam 12-yə 10 dəqiqə qalanda danışmışdı. Qabilin sonuncu sözü o olmuşdu ki, özünüzdən muğayat olun. Amma bizə müharibə haqqında heç nə demədi".

Qabil Orucəliyevin anası oğlunun şəhid xəbərini gec aldıqlarını bildirib.

"Əslində Qabil aprelin 1-dən 2-nə keçən gecə səhər üzü saat 5-də şəhid olmuşdu. Nə vaxt əlaqə saxlamağa çalışırdıqsa, döyüş yoldaşları gah yaralı olduğunu, gah danışmaq imkanının olmadığını deyirdilər. Amma yoldaşı və mən aprelin 10-da bildik ki Qabil şəhid olub. Tərtərdə qulluq edirdi".

Nuriyyə Orucəliyeva deyir ki, nəvəsi Qabilin sanki əkiz tayıdır.

"Nəvəm Qabil 1 yaş 8 aylıqdır. Elə bilirəm ki, Qabil ölməyib, hələ balacadır, evdə gəzir. Nəvəm oğlumun sanki əkiz tayıdır. Hətta Qabilin bir çox xüsusiyyətlərini nəvəmdə görürəm. Qabilin atasız böyüməsinə çox üzülürəm. Digər oğlum uşağı ilə evə gələndə nəvəm Qabil onu atasına qısqanır. Uşağın atasına yaxın getməsinə imkan vermir. Uşağı kənara itələyir ki, əmisi bunu qucağına alsın. Əmisini atası hesab edir. Ümid edirəm ki, nəvəm də atası kimi qoçaq olacaq. Allah onun xoş günlərini görməyi mənə nəsib etsin".

Leytenant Qabil Orucəliyev 1991-ci il 15 sentyabr tarixində Naxçıvan şəhərində anadan olub. 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olub.
Aprelin 11-də Qabil Orucəliyev doğulduğu Naxçıvan şəhərində son mənzilə yola salınıb.
Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Qabil Orucəliyev ailəli idi, şəhid olmazdan 4 gün əvvəl, 29 mart günündə oğul övladı dünyaya gəldi. Üzünü görə bilmədiyi oğluna atasının adı qoyuldu, - Qabil Qabil oğlu Orucəliyev.
Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Özünüzdən muğayat olun..." - FOTOOğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: "Özünüzdən muğayat olun..." - FOTO

Xəbərlər     Baxılıb: 1602   Tarix: 18 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

donlar 2026 toy makiyajlari qaşların formalari alin yazisi xanim qafarova düz qarın agil haqqinda atalar sözləri hamiləliyə hazırlıq kosmetika kondom nedir usaq seirleri turpun nağlı porno sağlamlığın sirleri