Oğluna toy edəcəkdi, infarkt keçirib öldü - Polislə dalaşan sürücünün ÖLÜM ANI VİDEODA

Oğluna toy edəcəkdi, infarkt keçirib öldü - Polislə dalaşan sürücünün ÖLÜM ANI VİDEODAMartın 4-ü saat 12 radələrində Ziya Bünyadov prospekti ilə hərəkətdə olan 1961-ci il təvəllüdlü Əsgər Muradovun idarə etdiyi "Nissan" markalı avtomobili yol polisi əməkdaşı saxlayıb.

Xanim.az BiG.AZ-a istinadən xəbər verir ki, onun qafqazinfo.az-a açıqlama verən qohumu Nurəddin Həsənov bildirib ki, YPX əməkdaşının sürücü ilə kobud davranışı Əsgər Muradovun ölümünə səbəb olub:

"Polis ona deyib ki, sən "avtoş"luq edirsən. Bu da cavabında "sənin atan yaşdayam, mən "avtoş"luq edənəm?" deyib və bundan sonra aralarında mübahisə olub. Bunları Əsgər müəllim özü qohumumuz Rövşənə zəng edib deyib. Rövşənə deyib ki, polis mənə belə sözlər deyir, maşının açarını almaq istəyir, ürəyim sancır, gəl məni apar. Videodan da görünür, sonra maşının qarşısına keçir və yıxılır. Ekspertizada dedilər ki, infarkt keçirib. Amma onu infarkt səviyyəsinə gətirən var. Əsgər müəllim polislə olan dialoqunu videoya çəkib. Polis görüb ki, öldü, onun telefonunu götürüb hər şeyi siliblər. Onun ürəyi xəstə idi, bu gün (martın 6-da) müalicə üçün İrana gedəcəkdi. O, Rusiya vətəndaşıdı, daim orada yaşayırdı. Oğluna toy etmək üçün Bakıya gəlmişdi".

N.Həsənov bildirib ki, hadisə barədə televiziya kanallarına yalnış məlumat verilib: "Televiziyada deyiblər ki, guya sürücünün halı pisləşib, yol polisi əməkdaşları tibbi yardım göstərib və ölümün qarşısını alıblar. Necə qarşısını alıblar ki, bu gün üç mərasimidir? Həm də o hadisə yerində vəfat edib, oradan birbaşa morqa aparılıb. Onu bu hala salan yol polisi əməkdaşının ad-soyadını hələ ki, bilmirik. Nərimanov rayon Dövlət Yol Polisi Bölməsinə məxsus "267" seriyalı avtomobildə olub. Sabah rəsmi qurumlara şikayət edəcəyik".

Xəbərlər     Baxılıb: 1903   Tarix: 06 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

turlar.az

yaz geyimleri 2026 hamilelikde qidalanma gozel gorunmek burcler kisiler qurd xəstəlikləri usaq oyuncaqlari müxtəlif kosmetika sekis namiq qaraçuxurlu şəkərbura kahfe kali veten haqqinda bayatilar