Ölən direktorun qızı aparıcı Azəri məhkəməyə verir: "Hər şeyə görə cavab verəcək"
ATV-nin "Yoxlama" verilişinin aparıcısı Azər İsmayılovun çəkiliş apardığı Xətai rayonu Zaur Məmmədov adına 171 saylı orta məktəbin direktorunun vəfat etməsi haqda xəbər vermişdik.
Məlumata görə, çəkilişlə bağlı yaranan qalmaqallardan sonra məktəb direktoru Telman Qardaşovun səhhətində problemlər yaranıb və vəziyyəti ağırlaşan direktor dünyasını dəyişib.
Məsələ ilə bağlı danışan mərhum direktorun yaxınları bütün günahı ATV telekanalının əməkdaşı Azər İsmayılovda görürlər.
Mərhum drektorun qızı saytımıza bunları deyib: "Atamın vəfatına səbəbkar olan Azər İsmayılovdur. O, gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik. Hər şeyə görə cavab verməlidir".
Mərhumun evində aldığımız digər məlumata görə, dünən günorta saatlarında məktəbə 2 nəfər valideyn gəlib. Onlar mərhum direktorla mübahisə ediblər.
Mübahisənin səbəbini öyrənə bilmədik. Amma məlumdur ki, o, bu mübahisədən sonra dünyasını dəyişib.
Mənbə: Musavat.com
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri