Oliqarxın qardaşı qızının DƏBDƏBƏLİ toyundan FOTOLAR
Çeçen iş adamı, "Alians" holdinqin rəhbəri Musa Bajayev rəhmətə getmiş qardaşı, Ziya Bajayevin qızı Dianaya toy mərasimi təşkil edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, toy Moskvada yerləşən "The Ritz-Carlton" otellər şəbəkəsində baş tutub.
Məclisin aparıcısı Kseniya Sobçak, ifaçı isə Nikolay Baskov olub.
Diana "Ralph&Russo" brendindən geyindiyi gəlinlik donu ilə göz qamaşdırıb.
Qeyd edək ki, rusiyalı biznesmen və oliqarx Musa Bajayev ötən ilin mayında 50 yaşını möhtəşəm formada qeyd etməsi ilə gündəmə gəlmişdi.