"Ölüm xəbərini alanda..." - "Çalıquşu"nun Fəridəsi Şahin Zəkizadədən danışdı - VİDEO

"Ölüm xəbərini alanda..." - "Çalıquşu"nun Fəridəsi Şahin Zəkizadədən danışdı - VİDEOTürkiyəli aktrisa Aydan Şener ARB TV-nin "Türk şou maqazin" verilişinin qonağı olub.

Xanim.az xəbər verir ki, "Çalıquşu"nun məşhur Fəridəsi, ilk olaraq serialın yenilənmiş versiyasını bəyənmədiyini və sadəcə adlarının eyni olduğunu bildirib:

"Başqa hekayə idi. Əsas romandan çox uzaqlaşılmışdı. Fərqli idi, yəni çox fərqli bir şey. Sadəcə musiqisi və adı eyni idi. Amma məncə o "çalıquşu" deyildi. Nəyisə artıq keçib gedib. O da bitib onsuz da".

Daoha sonra aktrisa son zamanlar Türkiyədə artan seriallardan söz açıb:

"Çox uğurludurlar. Yəni gənc aktyorlar da, rejissorlar da. Çox da uğurludurlar. İndi müddət çox uzundur. 90 dəqiqə, 100-120 dəqiqəyə kimi olan bölümlər var. Ssenaristlərin də işi çox çətindir. Rejissorların da elə. Həmçinin 2 komanda olaraq işləyirlər. Tək komandayla 90 dəqiqəlik bölümü 1 həftəyə çəkmək mümkün deyil. Ona görə gənc rejissorları çox bəyənirəm".

Aydan Şener bildirib ki, vaxt azlığına görə hansısa bir serialı davamlı olaraq izləyə bilmir:
"Filmlərin hamısı gözəldir. Mən davamlı serial izləyə bilmirəm. Müddət çox uzun olduğu üçün darıxıram. Daimi olaraq izlədiyim bir film yoxdur. Gördüyüm qədər, ara-ara hamısına baxıram, hamısı çox yaxşıdır. Amma əlbəttə ki, indi "Qəlbimizdəki dəniz"dir. Rastıma düşdükcə, xüsusən də son 3-4 bölümdür mən də daxil olacağam deyə baxıram".
Sonda aktrisa mərhum rejissor Şahin Zəkizadənin ölüm xəbərinə çox pis olduğunu bildirib, ailəsinə isə başsağlığı verib.

"Bu arada mənim azərbaycanlı dostum, Şahin Zəkizadə. Reklam filmi də çəkmişdik. Onun ölüm xəbərini aldım. Çox pis oldum. Balaca uşaqları da var idi bilirəm. Allah rəhmət eləsin. Çox gənc yaşda itirdik. Ailəsinə, sevdiklərinə başsağlığı diləyirəm. Buradan da sizin vasitənizlə deyim, çox sevdiyim bir dostum idi".

Xəbərlər     Baxılıb: 2091   Tarix: 12 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Bir məşq səkkiz xroniki xəstəlik riskini azaldır

Tədqiqatçılar Böyük Britaniya Biobank məlumatlarından istifadə edərək təxminən 470 min insanın hərəkətlərini 9 il boyunca izləyiblər. Nəticələr göstərib ki, ümumi fiziki fəallığının cəmi 4 faizini yüksək intensivlikli məşqlər

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

turlar.az

geyim dəbləri adlarin menasi qadin dunyasi vətən haqqında inşa geyimler 2026 burcler 2026 qozlu toyuq salati kosmetika cinsi əlaqə big.az heyati atalar sozleri qz eviyçun hakışta