Ölümə aparan gizli xəstəliklər: Onların əlaməti olmur – SİYAHI

Ölümə aparan gizli xəstəliklər: Onların əlaməti olmur – SİYAHIBir sıra xəstəliklər var ki, onlar daxildən orqanizmi zədələsə də, özünü büruzə vermir.
Bu növ xəstəliklər digərləri ilə müqayisədə daha problemli və təhlükəli olanlar arasındadır. Çünki belə sağlıq problemlərin əlamətləri məlum olmadığı üçün insanlar xəstəliyin varlığından xəbərsiz olur. Nəticədə onun vaxtında müalicə edilməməsi faciəli sonluğa gətirib çıxarır. Bəs, gizli inkişaf edən və əlamətləri bilinməyən bu xəstəliklər hansılardır?
Lent.az xarici KİV-ə istinadən heç bir əlaməti ilə özünü göstərməyən xəstəliklərin bir neçəsini təqdim edir:
İnsanların bu növdən ən çox əziyyət çəkdiyi bəlalardan biri də zöhrəvi xəstəliklərdir. Geniş yayılmış növləri sifilis (süzənək) və qonoreyadır.
Süzənək həm kişi, həm də qadın sonsuzluğu, həmçinin cinsiyyət orqanlarının çoxsaylı xroniki iltihabı xəstəliklərinin tez-tez baş verən səbəblərindəndir. Sifilis insanın bütün orqanlarında ciddi fəsadlar yaradan xəstəlikdir. Fəsadların çox məruz qaldığı sahə isə baş və beyin hissəsidir. Təəssüf ki, bu xəstəliklərin bilinən çox əlaməti yoxdur. Bu xəstəliyin aşkar edilməsinə yönəlmiş bütün səylərə baxmayaraq, hələ də anadangəlmə sifilis halları müşahidə olunur.
Əlamətləri bilinməyən xəstəliklərdən biri də cinsi yolla keçən infeksiyalarıdır. Bunlara henital herpes, papillomatoz və s. kimilər aiddir. İnfeksiyalar heç bir xəstəlik törətmədən uzun müddət insan orqanizmində mövcud ola bilər. Amma orqanizmin müqavimət qabiliyyəti zəiflədikcə onların törədiciləri aktiv şəkildə artacaq. Nəticədə xəstəliyin inkişafına və immunitetin azalmasına gətirib çıxaracaq.
Böyrək xəstəliklərinin əlamətləri bir çox digər xəstəliklərin simptomlarına bənzəyir və bu səbəbdən bəzi hallarda xəstə uzun müddət ərzində tamam fərqli xəstəliklərdən müalicə olunur. Buna əsasən, ürək və onurğa xəstəliklərini misal çəkə bilərik. Sonda müalicə uğursuz olduqda, xəstəliyin miqyası daha da böyüyür. Buna görə də diqqətli olmaq lazımdır.
Ətraflı
Səbəbsiz halsızlıq, yorğunluq, baş ağrıları, hərarətin qalxması da böyrək xəstəliklərinə işarə oluna bilər. Ödəmlər (şişkinlik) ürək xəstəlikləri üçün xas əlamətdir. Amma bu simptom böyrək xəstəliyinin də xəbərçisi ola bilər. Böyrək xəstəlikləri nəticəsində əmələ gələn ödəmlər bir çox hallarda üzdə, gözlərin altında, göz qapaqlarında olur. Həmçinin ödəmlər əllərdə, beldə, cinsiyyət orqanları nahiyəsində müşahidə oluna bilər.
Bundan əlavə, sidik ifrazı pozulmaları böyrək xəstəlikləri ilə bağlı şübhə yarada bilər.
Çox vaxt şəkər olmadığını fikirləşən insanların şəkərli diabetin gizli və çətin hesab olunan növü latent formadan xəbəri olmur. "Gizli şəkər" adını almış bu forma uzun müddət səssiz olur, özünü göstərmir və sonra orqanizmə bir anda güclü zərər verir.
Gizli şəkəri yeganə göstərən üsul demək olar ki, qlükozatoleratlıq testidir. Analiz zamanı pasiyent 3 dəfə qan verir: biri səhər acqarına, 1 saat sonra ikinci analiz, daha 2 saat keçdikdə isə  yenidən üçüncü analiz götürülür. Bu analizlərin nəticəsində xəstənin qanına qlükoza daxil olduqdan sonra orqanizmin reaksiyası öyrənilir. Əgər gizli şəkər aşkarlanırsa, xəstə daha ciddi müayinələrə yönəldilir. Gizli şəkər diabet xəstəliyinin ilk mərhələsi hesab olunur. Bu formanın xroniki formaya keçməsinin qarşısını almaq pasiyentin öz əlindədir.
Sadaladığımız xəstəliklərin siyahısını daha da çoxalda bilərik. Ancaq əsas məsələ bu xəstəliklərin qarşısını almaqdır. Bunun üçün əsas vacib addımlardan biri daimi həkim və tez-tez "check up" müayinələrindən keçməkdir.  
Müasir dünya standartlarına uyğun olaraq 40 yaşa qədər əhalidə "check-up" 5 ildən bir, 40 yaşdan yuxarı isə əvvəlki "check-up"ın nəticəsindən asılı olaraq 1-3 ildən bir aparılması məsləhət görülür.
Mütəmadi aparılan müayinələrin faydası çox böyükdür. Belə ki, daimi müayinələr ilkin profilaktika tədbirlərin vaxtında aparılması, xroniki xəstəliklərdəki risk faktorlarının müəyyənləşdirilməsi, həmçinin xəstəliklərin erkən mərhələdə diaqnostikası və müalicəyə başladılmasına şərait yaradır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1344   Tarix: 05 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

qadın geyimi hamilelikde qidalanma gozel gorunmek pəhriz necə tez arıqlayım aksesuar 2026 yaz geyimleri kosmetika uzeyir hamilelik kökəlmək üçün novruz bayramına aid hakıştalar heyati