Ölümə aparan METABOLİK SİNDROM

Ölümə aparan METABOLİK SİNDROMGenetik amilin təsirindən başqa modern şəhər həyatının gətirdiyi az hərəkətli yaşayış tərzi və yüksək kalorili qidalanma metabolik sindromu tətikləyir. İnsulin müqaviməti ilə başlayan, bel hissədə piylənmə, şəkər xəstəliyi, qanın yağlılıq miqdarı, yüksək qan təzyiqi və koronar ürək xəstəlikləri ilə davam edən bu sindrom sağlamlıq üçün çox təhlükəlidir.
Bəs metabolik sindrom nədir?
Milli.Az medicina.az-a istinadən müasir dövrün aktual problemi sayılan metabolik sindrom haqda bir sıra məlumatlar təqdim edir:
Metabolik sindromu olan insanlarda ürək-damar xəstəlikləri çox rast gəlinir ki, bu da ölüm riskini artırır. Qanda olan şəkər miqdarı diabet həddində olmasa belə xəstəliyin inkişaf etmə riski yüksəkdir. Yaxın gələcəkdə metabolik sindromun ölüm səbəbləri siyahısında birinci yerə qalxacağı gözlənilir.
Genetik meyilliliyi olan insanlarda metabolik sindroma yoluxma riski daha yüksəkdir. Əgər bir insanın ailəsində artıq çəki, yüksək qan təzyiqi, qanda olan yağın miqdarının qeyri-stabil olması kimi problemlər varsa və buna ətraf mühitin faktorları da təsir edirsə, onda metabolik sindroma yoluxma qaçılmazdır.
Metabolik sindrom yaşandıqda qidalanma müalicəsi tətbiq edilməlidir. Səbəbi isə insulin müqavimətini düzəltmək və buna bağlı olaraq yaranan sağlamlıq problemlərini aradan qaldırmaqdır. Gündəlik qəbul edilən yağın kalorisi ümumi alınan kalorinin 25-35 faizini təşkil etməli, böyük bir hissəsi isə zeytun, fındıq və kanola yağı olmalıdır. Soya, günəbaxan və qarğıdalı yağı daha az miqdarda istifadə edilməlidir. Bunlara dəniz məhsulları, fındıq, qoz, badam, kətan toxumu aid edilə bilər.
Mütləq karbohidrat istifadə etmək lazımdır
Karbohidrat istifadəsi ümumi kalorinin 100/45-55-ni təşkil etməli və daha çox dənli bitkilər, meyvə, tərəvəz, paxlalılar istifadə edilməlidir. Kalorinin qalan hissəsi isə zülallardan əldə edilməlidir. Əsasən dərisiz toyuq və ya hind toyuğu, yağsız ət, az yağlı süd və süd məhsulları istifadə edilə bilər.
Mütəmadi olaraq edilən məşq ürək-damar sağlamlığını qoruyur
Mütəmadi məşq etmək insulin müqavimətini normaya salaraq qlükoza, lipid səviyyəsini və qan təzyiqini düzəldir.
Metabolik sindromda tətbiq edilməli olan idman hərəkətləri yaşa, cinsiyyətə, çəkiyə və yanaşı xəstəliklərə görə təyin edilməlidir. Bu zaman əsasən aerobik hərəkətlərə daha çox üstünlük verilir. Bura sürətli yerimə, yavaş qaçma, velosiped sürmək, ip atlama, pilləkən enib-çıxma, üzmə kimi hərkətlər aiddir. Məşqlər hər gün olmaqla ən az 20 dəqiqə, ən çox isə 1 saat edilməlidir.
Metabolik sindrom müalicəsi üçün üçün əvvəlcə endokrinoloji və metabolizm mütəxəsisinə yoxlanmaq lazımdır. Metabolik sindromun həm müalicəsində, həm də qarşısının alınmasında ən təsirli vasitə yaşayış şəraitinin dəyişdirilməsidir. Bura sağlam qidalanma və idman da daxildir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1188   Tarix: 07 dekabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

yay kolleksiyasi toy makiyaji sekilleri makiyaj etmek qaydalari meyvələrin faydası 2026 yaz geyimleri veten haqqinda bayatilar asan ariqlamagin yollari kosmetika sekisler anabaci vətənə aid bayatılar hakistalar kley lekesi