Omikron Delta variantından 8 dəfə çox yoluxucudur - İnfeksionist həkim

Omikron Delta variantından 8 dəfə çox yoluxucudur - İnfeksionist həkimRNT tərkibli virus olan yeni növ koronavirusun (COVID-19) yeni "omikron" ştamının yayılması barədə informasiyalar əhali arasında ciddi narahatlıq doğurur. Doğrudur, yeni ştam hələki ölkəmizdə qeydə alınmayıb, lakin ətraf ölkələrdə ona təsadüf edildiyi barədə informasiyalar var. Əlbəttə, arzu edirik ki, yeni ştam ölkəmizə gəlməsin, lakin pandemiya dövründə yaşayırıqsa, bu, qaçılmazdır. Təəssüf ki, yoluxma sayındakı rəqəmlər azaldıqca insanlar arasında rahatlıq yaranır və bu hal xəstəliyin yayılması üçün zəmin yaradır.
Milli.Az xəbər verir ki, bunları həkim-infeksionist Nigar Əliyeva yeni ştamla əlaqədar deyib:
"Virusun növbəti mutasiyası olan "omikron" (B.1.1.529) ştamı molekulyar quruluşuna görə çox mükəmməldir və əvvəlkilərdən daha yoluxucudur. Yeni növ koronavirus pandemiyasının lap əvvəlindən deyirdik ki, hər yaranan ştam intensiv yoluxuculuğu ilə təhlükə yaradır. İlk ştamların iki dəfə yoluxucu olduğu qeyd edilirdi, yəni bir nəfər daha iki nəfəri yoluxdura bilərdi. "Delta" ştamının 6 dəfə daha çox yoluxucu olduğu deyilirdisə, "omikronun" 8-10 dəfə yoluxucu olduğu bildirilir.
Nə qədər ki, hami peyvəndlənmə prosesindən keçməyib, virus peyvənd olunmamış orqanizmin birindən digərinə keçdikcə dəyişikliyə uğrayır. Peyvənd olunmuş orqanizmdə çevrilmə getmir, bunun əksinə peyvənd olunmamış orqanizmdə virus özünə münbit şərait tapır və yeni mutasiyalar yaranır. "Omikron" ştamının 30-a yaxın mutasiyaları özündə birləşdirdiyi qeyd olunur. Bunlar yeni ştamın nə qədər dəyişkən olduğu və hətta aparılan peyvəndləmə prosesinə qarşı dirəncli ola biləcəyi ehtimalı doğurur. Dəyişkənlik virusların həyatda qalma şəklidir. İndiyə qədər müxtəlif ştamlar var idi, lakin Ümumdünya Səhiyyə Təşkilatı hər hansı ştama görə bu qədər həssas yanaşırsa, bu, həqiqətən vəziyyətin ciddiliyindən xəbər verir.
Son vaxtlar peyvəndlər üzərində aparılan araşdırmalar onun hələlik yeni ştam üçün də təsirli olduğunu göstərir. Lakin təsirin effektivliyi xəstəliyin əmələ gəlməməsinə kömək etmir, "delta" ştamında olduğu kimi bu ştamda da xəstəliyi yüngül keçirməyə səbəb olur, çünki virus orqanizmdəki anticisimləri tanıyır. Lakin yeni ştamdakı alt mutasiyaların müəyyən bir qismi həmin anticisimlərə qarşı reaksiya göstərməyib. Bu isə o deməkdir ki, mutasiyanın geniş yayılması vaksinasiyanın səmərəsini azalda bilər".
Yeni ştamın əlamətləri barədə danışan həkim-infeksionist deyib: "Əlamətlər hələ araşdırılır. Məlumdur ki, bu ştam daha çox gənclər arasında yayılır, yaşlılar və yanaşı xəstəliyi olanlar üçün təhlükəli olaraq qalır. Hər ştamın sırf özünəməxsus xüsusiyyəti olur. Əvvəlki ştamlarda da daha çox ürəkbulanma, halsızlıq, hərarət və s. əlamətlər üstünlük təşkil edirdisə, "delta" ştamında daha çox iybilmə və dadbilmənin itməsi baş verir. Ümumi olaraq digər kəskin respirator infeksiyalarda olan kliniki əlamətlər çox güman ki, bu, "omikronda" da olacaq. Lakin orqanizmə görə təbii ki, dəyişə də bilər.
RNT tərkibli bütün viruslar aqressiv olurlar, onları idarə etmək çətindir. Adətən belə düşünülür ki, indiyə qədər olan bütün pandemiyalar zamanı mutasiya yarandıqca virus zəifləyir və proses öz-özünə bitir. Çox təəssüf ki, bu virus haqqında bunu demək olmur. Bəzi mütəxəssislər belə fikirdədir ki, bu virus laboratoriya məhsulu olduğuna görə zəifləmə getmir. Bir sıra mütəxəssislər bunu onun quruluşu ilə əlaqələndirirlər. Elm sahəsində də öz təsdiqini tapmamış çoxlu belə versiyalar var, lakin hələlik yekun bir rəy yoxdur. Şübhəsiz ki, yekin nəticəni zaman göstərəcək". /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1042   Tarix: 03 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

kosmetika mehsullari donlar 2026 makiyaj instagram terevezler toyluq donlar 2026 aybaşı 2026 hicab kosmetika qoğalın nağlı itburnu ziyafet geyimleri novruz hakista atalar sözləri