Omikron pandemiyanın sönməsinin "müjdəçisidir", az qalıb - Professor Musa Qəniyev

Omikron pandemiyanın sönməsinin Cənubi Afrika Respublikası Milli İnfeksion Xəstəliklər İnstitutunun hesabatında deyilir: "CAR-da koronavirusa yoluxmanın 90%-dən çoxuna səbəb, Omikron ştammıdır. Bu ştammın törətdiyi klinik əlamətlər adi soyuqlamadan fərqlənmir. Xəstələrin əksər faizi, ümumiyyətlə xəstəxanaya düşmür.
Yoluxanlarda qanın oksigen dolğunluğu normada olur. İngiltərə Səhiyyə Nazirliyinin məlumatında Omikron ştammına yoluxma təsdiqlənir, lakin qospitalizasiyanın olmadığı bildirilir. ÜST-un rəsmi məlumatında Dünyanın 40-a yaxın ölkəsinə yayılan Omikron ştammından bu günə qədər ölüm halının baş vermədiyi bildirilir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu professor Musa Qəniyev Omikron ştammı barədə açıqlamasında bildirib.
"Göründüyü kimi, Omikron ştammının patogen fəallığının, ana ştamm- Covid 19 və əvvəlki mutantlardan dəfələrlə zəif olması, artıq ilkin elmi dəlillərlə öz təsdiqini tapır. Xüsusi diqqət cəlb edən məqam, bu ştammda müşahidə olunan polimutasiya halıdır. İstənilən virus serotipinin polimutasiyaya məruz qalması, virusun genom quruluşunda labilliyə xidmət edən ciddi keyfiyyət dəyişikliyinin baş verdiyini sübut edir. Viral infeksiyalarının pandemiya tarixinin izlənməsi, bu cür keyfiyyət dəyişikliyinin pandemiyanın sönməsi dövrünə təsadüf etdiyini təsdiq edir.
Omikron ştammının pandemiyanın sönməsinin sübutu olması, aşağıdakı məntiqi elmi dəlillərə istinad edir:
1. Omikronun ştammın S-spayka zülalında təsdiq olunmuş 26 mutasiya, 23 halda aminturşu dəyişikliyi, 2 halda aminturşu itkisi və yalnız 1 halda aminturşu radikalı əlavəsi halında meydana çıxır. İlk 25 mutasiya SARS-CoV-2-nin digər mutantlarında da müşahidə edildiyindən, təhlükəli hal kimi dəyərləndirilə bilməz.
2. Xüsusi maraq doğuran, əlavə radikal şəklində müşahidə olunan INS214EPE mutasiyasıdır. Bu mutatik dəyişiklik, Covid 19-un əvvəllki heç bir mutant ştammında olmamışdır. Omikron ştammının SARS-CoV-2-nin uzun müddət immun sistemi zəifləmiş insanların (bax.: 5.12.21 tarixli paylaşım) orqanizmində qalması səbəbindən əmələ gəldiyi, şübhə doğurmur. Odur ki, bu hal, INS214EPE əlavəsini kodlayan nukleotid ardıcıllığının Covid 19-la eyni hüceyrəni yoluxdurmuş digər şərti aktiv virusun (məsələn, adenoviris) genom struktur vahidi olduğu qənaətini təsdiq edir.
3. İddia oluna bilər ki, virusa yoluxmuş hüceyrə konkurent antaqonizm prinsipi ilə, diqər virus ştammını həmin hüceyrəyə buraxmır. Yəni Covid 19-la yoluxmuş heceyrəyə digər viral infeksiya törədicisinin daxil olması mümkün deyildir. Bidirmək istəyirəm ki, əksər viruslara xas olan bu hal, Covid 19 üçün spesifik deyildir. Çünki, Covid 19 hüceyrəyə reseptor mexanizmlə daxil olduğuna görə, əksər virusların hüceyrəyə girişinə xidmət edən intra- və parasellülyar qapılar potensial aktiv fəallıq halında, yəni açıq qalır. Bu hal, kəmiyyət tərkibi vahid olan digər patogen və ya şərti patogen bir virusun, məlum hüceyrəyə daxil olmasına imkan verir.
4. Omikron ştammın yoluxmasına təminatçı olan S-(spike) zülall fraksiyasında eyni domendə birgə baş verən P681H mutasiyanın N679K nöqtə mutasiyası ilə genom ardıcıllığında "eyni çiyin üstə birgə olması" aqonistlik deyil, biri digərini inkar edən antaqonistlikdir. Bu hal ştammın patogen fəallıgının zəifləməsinin mütləq göstəricisidir.
5. Covid 19-a yoluxub sağalmış və ya peyvənd almış insanların Omikron ştammına yoluxma ehtimalının 1%-dən də az olması, punktlar üzrə gəldiyim qənaəti birbaşa təsdiq edir.
Omikron ştammının Covid 19 pandemiyasının sonlanmasına səbəb olacaq söylədiyim genom dəyişikliyin elmi-praktik təsdiqinin, şübhəsiz ki, müəyyən zamana ehtiyacı vardır. Lakin Covid 19 pandemiyası hələ başlamamışdan əvvəl, bu virusla bağlı bütün tarixi və mövcud incəlikləri izləyən və təhlil edən bir mütəxəssis kimi tam əminliklə deyirəm: Omikron ştammının qorxmaq lazım deyildir. Bu ştamm pandemiyanın sönməsinin "müjdəçisidir" və növbəti aylarda pandemiyanın birdəfəlik qurtarmasına səbəb olacaqdır."
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1225   Tarix: 09 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim və ayaqqabılar qis geyimləri 2026 gözəllik məhsulları bürc uyğunluğu qizi ehtiraslandiran sozler ayaqların şişməsi avto qadın kosmetika novruz bayramı sekisler oglaq kəlamlar xeyanet