Ona "bar qızısan" deyən oğlanı kor etdi... - Bakıdakı gecə klubunda DƏHŞƏT

Ona "bar qızısan" deyən oğlanı kor etdi... - Bakıdakı gecə klubunda DƏHŞƏTGecə klubunda qanlı cinayət törətməkdə təqsirli bilinən Yevlax şəhər sakini, 1991-ci il təvəllüdlü Günay Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Xanim.az teleqraf.com-a istinadən xəbər verir ki, Günay Süleymanova 2015-ci ilin iyulun 13-də Səbail rayonu, Xaqani küçəsində yerləşən "Troya" gecə klubuna əylənməyə gəlib.

Gecə klubunda tanışlıq təklifi

Günay Süleymanova həmin gün gecə yarıya kimi gecə klubunda əylənib. Ona klubda olan Emin Loğmanov bir neçə dəfə yaxınlaşaraq, tanış olmaq istədiyini bildirib. Lakin Günay Süleymanova Emin Loğmanovla tanış olmaq istəmədiyini bildirib. İyulun 14-də, gecə saat 2-3 radələrində Emin Loğmanov yenidən Günay Süleymanovaya yaxınlaşaraq tanışlıq təklif edib.

Günay Süleymanova Emin Loğmanovun ondan əl çəkməməsinə əsəbləşib. O, stolun üstündən götürdüyü pivə qədəhini onun alın nahiyəsinə çırpıb.
Nəticədə Emin Loğmanov sol gözündən kor olub.

Biri xəstəxanalıq, digəri həbsxanalıq oldu

Emin Loğmanov xəsarətlə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib. Polisin keçirdiyi əməliyyat nəticəsində Günay Süleymanova həbs edilib.

Günay Süleymanova Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Günay Süleymanova özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Emin Loğmanov ondan əl çəkməyib və onunla tanış olmaq istəyib.

Təqsirləndirilən şəxs qeyd edib ki, hər dəfə Emin Loğmanova tanış olmaq istəmədiyini deyib: "Ancaq məndən əl çəkmədi, dedi ki, sən bar qızısan, mənimlə tanış olmalısan. Deyirdi ki, sən bar qızısan".

"Cinsi əlaqədə olmaq istədiyini dedi"

Günay Süleymanova əlavə edib ki, daha sonra Emin Loğmanov ona əxlaqsız sözlər deyib və onunla cinsi əlaqədə olmaq istədiyini bildirib: "Onun bu sözləri məni əsəbləşdirdi. Buna görə də stolun üstündə olan qədəhi götürərək, başına çırpdım".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günay Süleymanova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Günay Süleymanova apellyasiya şikayəti verib. O, şikayətində əməlinin xuliqanlıq ittihamı ilə düzgün tövsif edilmədiyini qeyd edib. Günay Süleymanova barəsində olan hökmün ləğv edilməsini, onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib.

Günay Süleymanovanın şikayəti araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Günay Süleymanovanın apellyasiya şikayəti təmin edilməyib.

Xəbərlər     Baxılıb: 1640   Tarix: 18 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

turlar.az

sac duzumleri qis geyimləri 2026 kosmetika mehsullari cennet almasi balıq yağı sizanaga qarsi maskalar müalicəvi bitkilər kosmetika qadin saglamlig qizlar novruz hakısdası vətənə aid bayatı hüzeyir hacibəyov