Onkoloq ürək xərçənginin əlamətlərindən danışıb

Onkoloq ürək xərçənginin əlamətlərindən danışıbBədxassəli ürək xərçəngi angiosarkoma ən çox 45 yaş və yuxarı kişilərdə diaqnoz qoyulur və xəstəlik uzun müddət simptomsuz keçir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Klinik Tədqiqat Mərkəzinin onkoloqu İrina Oleynikova məlumat verib.
"Ürəyin angiosarkoması miokard toxumasında inkişaf edən bədxassəli yenitörəmə növlərindən biridir. Endotel hüceyrələrindən əmələ gəlir və bir qayda olaraq sağ atrium və perikarda təsir göstərir. Çox vaxt patoloji 45 yaşdan yuxarı kişilərdə diaqnoz qoyulur", - Oleynikova bildirib.
Həkim əlavə edib ki, angiosarkoma nadir xəstəlikdir, qeydə alınan ürək-damar xəstəliklərinin ümumi nisbətində bu, 0,2% təşkil edir.
Xəstəlik əksərən gec mərhələlərdə diaqnoz qoyulur, çünki uzun müddət simptomsuz keçir və exokardioqrafiyadan keçən zaman kiçik şişlər görünməyə bilər. Bəzən isə xəstəliyin simptomların qeyri-spesifikliyi səbəbindən tamamilə fərqli xəstəliklərə aid edilir. Tipik olaraq, xəstələr qolların və ayaqların şişməsindən, qarnın böyüməsindən, boyun damarlarının şişməsindən, nəfəs darlığından, taxikardiyadan, yüksək təzyiqdən, şiddətli zəiflikdən və gündəlik fiziki fəaliyyətləri yerinə yetirməkdə çətinlikdən (sürətli yerimə, pilləkənlərə qalxma), ürək ağrısından, başgicəllənmədən şikayət edirlər.
"Angiosarkomanın dəqiq səbəbləri müəyyən edilməyib. Bununla belə, xəstəliyin inkişafında genetik faktorların iştirak etdiyi güman olunur. Ona görə də, əgər birinci dərəcəli qohumlarında angiosarkoma aşkarlanıbsa, xəstə 25-30 yaşından etibarən kardioloqun nəzarətində olmalı və daha tez-tez ürək müayinəsindən keçməlidir", - deyə onkoloq yekunlaşdırıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1108   Tarix: 01 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

.

Yayın vazgeçilməzidir, faydaları saymaqla bitmir

Yeni tədqiqatlar qarpız və qarpız şirəsinin bir sıra gözlənilməz sağlamlıq faydalarını ortaya çıxarıb . xəbər verir ki, nəticələri "Nutrients" elmi jurnalında dərc olunmuş bir neçə tədqiqat nəticəsində məlum olu

.

Yaşıl tərəvəz şirələri həqiqətən detoks effekti yaradır?

Bundan on il əvvəl bir şüşə yaşıl tərəvəz şirəsi sağlam həyat tərzinin (wellness) ən dəbli simvollarından biri idi. Zamanla bu tendensiya bir az arxa plana keçsə də, yaşıl şirələr hələ də bir çox insanın gündəlik rutinind

.

Faydasını eşidən bazara qaçır - ildə cəmi 3 ay satılır

İlin yalnız müəyyən dövrlərində tapılan bu xüsusi ot həm ləzzəti, həm də faydaları sayəsində bir çox insanın piştaxtalarda ilk axtardığı məhsullar sırasındadır. xəbər verir ki, qanqal bahar aylarının gəlişi ilə yenidən bazarlard

.

Gənc yaşda olan ürək problemlərinin əsas SƏBƏBİ

Sağlam görünmək və gənc yaşda olmaq ürək xəstəlikləri riskini tamamilə aradan qaldırmır. xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, bəzi ürək problemləri uzun müddət simptomsuz inkişaf edə və qəfil ürək dayanmasın

.

Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?

Ürək sağlamlığını qorumaq üçün düzgün qidalanmanın vacibliyi hər zaman vurğulanır. xəbər verir ki, ispaniyalı kardioloq Aurelio Roxasın açıqlamasına görə isə yay aylarında ürək üçün ən faydalı giləmeyvələrdən biri çiyələ

.

Yorğun oyanırsınız? - Səhərlər 20 dəqiqə bunu edin

Səhər yuxudan oyanan zaman yaranan halsızlıq və diqqət dağınıqlığını aradan qaldırmağın ən effektiv yolunu müəyyən edilib. xəbər verir ki, "Building and Environment" jurnalında dərc olunan araşdırma göstərib ki

.

Bir çox qadında bu vacib vitamin çatışmır - Diqqət

Mütəxəssislər qadınlarda maqnezium çatışmazlığının geniş yayıldığını və bunun bir çox hallarda diqqətdən kənarda qaldığını bildirirlər. xəbər verir ki, yorğunluq, halsızlıq və əzələ zəifliyi kimi əlamətlər bəzən sadə yorğunlu

.

Tibb tarixində ilk: 1500 kilometr uzaqlıqdan böyrək daşı əməliyyatı reallaşdı

İstanbul Universiteti İstanbul Tibb Fakültəsi və Muş Dövlət Xəstəxanası tibb dünyasında inqilabi bir uğura imza atıb. Türkiyənin yerli imkanları ilə hazırlanan "Avicenna Roboflex" (İbn-i Sina) robotu və "Turkcell"

.

Zeytun yağı niyə əvəzolunmazdır?

Amerikalı qidalanma mütəxəssisi Sapna Peruvemba sağlamlıq üçün ən faydalı kulinariya yağının adını açıqlayıb. -a istinadən xəbər verir ki, ekspertin bu məsləhəti "Real Simple" jurnalında dərc olunub. Mütəxəssi

turlar.az

kosmetika mehsullari reseptler sade makiyaj sekilleri sekis kosmetika doğuşa hazırlıq hamiləlikdə uşağın cinsinin təyini kosmetika ziyafet geyimleri yemek reseptleri tapmaca kahfe fali rəksanə