Onurğa beynin zədəsi

Onurğa beynin zədəsiOnurğa beynin zədələnməsi qapalı və nüfuz etməyən onurğa beyin travmalarından ən çox rast gələnidir. Zədə onurğanın yerdəyişmə ilə sınması, fəqərəarası disklərin prolapsı və onurğanın sərpməsi zamanı baş verir.
Onurğa beynin zədəsi zamanı həmişə beyin maddəsində, köklərdə, qişalarda, damarlarda struktur dəyişikliklər baş verir. Bu dəyişikliklər özünü yumşalma, ocaq nekrozu və qansızma ilə göstərir. Beyin toxumasının zədələnməsi spinal şokla müşayət olunur. Bu zaman hərəki və hissi pozulmaların xarakteri travmanın yerindən və əhatəsinin genişliliyindən asılıdır.
Onurğa beynin zədəsi zamanı zədələnmənin ardınca zədələnmənin dərəcəsindən asılı olmayaraq aşağıdakılar müşahidə edilir:
- süst ifliclər
- bütün hissiyyat növlərinin anesteziyası
- çanaq üzvlərinin funksiyasının pozulması
- vegetativ funksiyaların pozulması.
Onurğa beynin zədələnməsi zamanı əksər hallarda travma bir deyil, bir neçə zədələnmə ocağının yaranmasına səbəb olur. Travmaların səbəb olduğu əlamətlər travmadan bir neçə saat və ya bir neçə gün sonra meydana çıxa bilir.
Onurğa beynin zədələnmələri çox vaxt subaraxnodial qansızmalarla müşayiət olunur. Bu zaman serebrospinal mayedə qan qarışığı aşkar edilir.
Zədənin ağırlığından asılı olaraq pozulmuş funksiyaların bərpası 3-8 həftə ərzində davam edir. Ancaq onurğa beynin tam və ya yarımçıq anatomik sarsılması ilə baş verən ağır zədələr zamanı itirilmiş funksiyalar heç vaxt bərpa olunmur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1406   Tarix: 29 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qızdırma, öskürək, qarın ağrısı: Viruslar uşaqları hədəfləyir

Virus infeksiyaları müxtəlifdir və böyük bir qrupundur. xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova deyib. Onun sözlərinə görə

.

Qışda quru dəri problemi artır: Dərinizi necə qorumalısınız?

Qış aylarında havanın temperaturunun aşağı düşməsi və küləyin təsiri dərinin qurumasına, qabıqlanmasına və hətta çatlamasına səbəb olur. Xüsusilə üz, əl və dodaq nahiyəsi soyuğa qarşı daha həssas olur. Mütəxəssislər bildirirlə

.

Hər gün qara çay içməyin 6 möcüzəvi faydası

Dünyada sudan sonra ən çox istehlak edilən içki olan qara çay tərkibindəki güclü antioksidantlar və polifenollar sayəsində orqanizmə çoxşaxəli müsbət təsir göstərir. çayın 6 əsas faydasını təqdim edir:. Qara çayda olan flavonoidlə

.

20 yaşlarda belə başlaya bilər: "Parkinson"un gizli əlamətləri

Əksəriyyətimiz əl titrəməsinin "Parkinson" xəstəliyinin ən açıq simptomu olduğunu bilirik. Bəs sizə bəzi digər simptomların gözlədiyinizdən daha tez, hətta 20 yaşlarınızda belə görünə biləcəyini desək necə olar?

.

Evimizdəki ən çirkli yer: Tualetdən 5 dəfə daha təhlükəlidir

Elmi araşdırmalar gündəlik istifadə etdiyimiz adi məişət əşyalarının sağlamlığımız üçün ciddi təhlükə yarada biləcəyini ortaya qoyub. . xəbər verir ki, araşdırmalara görə, plastik qəhvə fincanları, mətbəx süngərləri, ça

.

Evdə ayaqyalın gəzənlərdə bu xəstəlik olur

Evdə ayaqyalın gəzmək bir çox insana rahatlıq versə də, mütəxəssislərin fikrincə bu vərdiş fərqinə varmadan topuq ağrısını artıra bilər. xəbər verir ki, xüsusilə sərt səthlərdə qorunmayan ayaqlar ayağın altındakı toxuman

.

Gecələr vanna otağının pəncərəsini açıq qoyanlara bəd XƏBƏR

Mütəmadi havalandırma evlərdə sağlam yaşayış məkanı yaratmaqda əsas addımlardan biri hesab olunur. xəbər verir  ki, mütəxəssislər hər ventilyasiya üsulunun düşünüldüyü qədər faydalı olmadığını deyirlər. Xüsusilə vanna otaqlarınd

.

Saat 19:00-dan sonra yemək ürəyə ciddi ziyan vurur

Gecə saatlarında yemək yemək ürək sağlamlığı üçün risk yarada bilər. xəbər verir ki, türkiyəli professor Hüseyn Almazın açıqlamasına görə, gecə gec saatlarda qəbul edilən qidalar orqanizmin həzm sistemi tərəfindən işlənməl

.

Virus infeksiyası zamanı ev şəraitində hansı tədbirlər görülməlidir?

Virus infeksiyası zamanı ilk növbədə uşağa rahat və sakit istirahət şəraiti yaradılmalıdır. xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliy

turlar.az

kosmetika mehsullari donlar 2026 gelinlikler toxuma və əl işləri hipertoniya xəstəliyi biliye aid atalar sozleri yuxu pozğunluğu kosmetika naz mila kökəlmək üçün tərəzi bürcü novruz bayramına aid bakışta hamilelik