Oqtay Gülalıyev yenidən əməliyyat olunub
Avtomobil qəzası zamanı aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyev yenidən əməliyyat olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev deyib.
Onun sözlərinə görə, əməliyyat təxminən 3 saat davam edib:
"Həkimi Mehdi Sasaninin bildirdiyinə görə, şükürlər olsun ki, əməliyyat uğurlu keçib. Başında yaranmış artıq mayenin çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub. Vəziyyəti hazırda stabildir.
Alahdan çox ümid edirik ki, edilən əməliyyat atamın hazırkı vəziyyətdən çıxmasına böyük bir təkan vermiş olar!"
Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir. Hazırda onun müalicəsi Türkiyənin Amerikan Xəstəxanasında davam edir.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir