Orqanizmdə maqnium çatışmazlığının əlamətləri və aradan qaldırılma yolları

Orqanizmdə maqnium çatışmazlığının əlamətləri və aradan qaldırılma yollarıMaqnium orqanizmin sağlamlığı üçün vacib sayılan elementlərdən biridir. Maqnium orqanizmdə bir çox funksiyaların həyata keçirilməsində mühüm rol oynayır. Bu mineral 300 müxtəlif funksiyanın yerinə yetirilməsində iştirak edir. Bu funksiyalara sümük sistemi, sinir sistemi, qanın tərkibində gedən proseslər aiddir. Hesablamalar Yer kürəsi əhalisinin əksəriyyətinin gündəlik lazım olan qədər maqnium qəbul etmədiyini qeyd edir. Bu səbəbdən də günü-gündən maqnium çatışmazlığından əziyyət çəkən adamların sayı artır. Bu isə orqanizmdə müxtəlif patologiyaların meydana gəlməsinə səbəb olur.
Maqnium çatışmazlığı özünü aşağıdakı 8 əlamətlə biruzə verir:
1. Baş ağrıları  
Daimi meydana çıxan baş ağrıları maqnium çatışmazlığından ola bilər. Bu zaman işığa və səsə qarşı həssaslıq da yarana bilər.
2. Əzələlərdə qıcolma
Maqnium çatışmazlığı əzələlərdə qəfil spazmların meydana çıxmasına səbəb olur.
3. Sümüklərin zəifləməsi
Maqnium çatışmazlığı sümük sisteminin zəifləməsinə səbəb olur. Bunun baş verməsi isə sümüklərdə mineralların çatışmazlığından olur. Belə olduqda sümüklər sınmaya meyilli olur.
4. Qanda şəkərin miqdarının balanslaşa bilməməsi
2000 şəkərli diabet xəstəsi üzərində aparılan araşdırma onların qanında maqnium çatışmazlığının olduğunu göstərmişdir. Maqnium çatışmazlığının qandakı şəkərə nəzarətin itməsinə səbəb olduğu sübut edilmişdir.
5. Yüksək təzyiq  
8500 könüllü xəstə üzərində aparılan araşdırmalar qanında maqnium çox olan adamların təzyiqinin aşağı olduğunu aşkar etmişdir. Maqniumun çatışmazlığı isə təzyiqin artmasına səbəb olur.
6. Yuxusuzluq
Maqnium qanda serotonin hormonunun artmasına səbəb olur. Serotonin insanın ruh halını, yuxusunu, iştahını, biliyini, yaddaşını, cinsi və sosial həyatını tənzimləyir
7. Depressiya və qorxu
Maqnium çatışmazlığı serotoninin azlığına səbəb olduğu üçün dolayısıyla depressiyaya və insanlarda qorxu hissinin əmələ gəlməsinə səbəb olur.
8. Əzələ ağrıları
Əzələlərdə xroniki və qəfil əmələ gələn ağrılar maqnium çatışmazlığından baş verir. Bu özünü fibromialgiya və sklet-əzələ ağrıları ilə biruzə verir.
Maqnium çatışmazlığı zamanı nə etmək lazımdır?
Bu zaman tərkibində maqnium olan qidalarla qidalanmaq lazımdır. Hər bir qadın gün ərzində 320 mq, hər bir kişi isə 420 mq maqnium qəbul eləməlidir. Çoxlu miqdarda kofe və şəkər qəbulu maqniumun orqanizmdən yaxşı sorulmamasına səbəb olur. Maqniumla zəngin qidalar qəbul edərkən D vitamini qəbul etməyi də unutmaq lazım deyil. Aşağıdakı qidaların tərkibi maqniumla zəngindir:
- lobya
- badam
- banan
- avokado
- yulaf həlimi  
- kakao
- göyərtilər
- qoz
- buğda
- mərci.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1201   Tarix: 21 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

qadin sayti makiyaj etmek qaydalari makiyaj instagram boyurtken kompotu nagillar südlü şirniyyat goy qursagi nece yaranir kosmetika aysel azərbaycan gulmeli hakista tanisliq lakonizm