Orqanizmdə yod çatışmazlığını bildirən 9 əlamət

Orqanizmdə yod çatışmazlığını bildirən 9 əlamətYod insan orqanizminin sağlam yaşaması üçün lazım olan 30 mikroelementdən biridir. Yod orqanizmdə qalxanvari vəzin sintezi nəticəsində əmələ gəlir. Trieoid hormonunun tərkibinin 65%-ni yod təşkil etdiyini nəzərə alsaq o zaman yodun orqanizm üçün nə qədər vacib olduğunu demək çətin deyil. Yodun çatışmazlığı digər hormonların ifrazına mənfi təsir edir,ürək-damar, sümük, həzm sistemi xəstəliklərinə səbəb ola bilir. Yodun orqanizmdə çatışmazlığı piylənməyə də səbəb olan amillərdən biridir. Yod çatışmazlığı orqanizmdə bir çox digər patologiyaların meydana gəlməsinə səbəb olur. Bəs orqanizmdə yodun çatmadığını hansı əlamətlərdən bilmək olar?
1 Xroniki yorğunluq
Halsızlıq, yuxululuq, gücsüzlük orqanizmdə yod çatışmazlığını bildirən əsas əlamətlərdən biridir. Yodun çatışmazlığı fiziki aktivliyi azaldır, əzələ gücünün azalmasına səbəb olur. Xroniki yorğunluq yod çatışmazlığının əsas əlamətlərindən ən başda gələnidir.
2 İmmunitetin düşməsi
İmmunitetion aşağı düşməsi parazit xəstəliklərinin, virus xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.Yod çatmaqdıqda bədəndə əmələ gələn yaralar gec sağalır. Bunu aradan qaldırmaq üçün isə yodomarin, kali yodid və s. qəbul etmək lazımdır.
3 Şişkinlik
Əllərdə və ayaqlarda şişkinliyin əmələ gəlməsinə səbəb olan amillərdən biri də yod çatışmazlığıdır. Su-duz mübadiləsinin pozulmasının səbəblərindən biri də yodun orqanimdə yetərincə olmamasıdır.
4 Aybaşı pozğunluğu
Aybaşı pozğunluqları orqanizmdə baş verən yod çatışmazlığı səbəbindən baş verə bilir. Yodun defisiti qadın hormonlarına təsir edir və aybaşının gecikməsinə və ya miqdarının azalmasına səbəb olur.
5 Anemiya
Yodun çatışmazlığı metobolizmin aşağı düşməsinə səbəb olur. Bu zaman isə orqanizmdə dəmir defisit anemiya meydana gəlir və hemoqlobin aşağı düşür.
6 Artıq çəki
Çkinin artmasına səbəb olan amillərdən biri də orqanizmdə yod çatışmazlığının olmasıdır. Belə ki,maddələr mübadiləsinin, su-duz mübadiləsinin pozulması orqanizmdə artıq mayenin və piy toxumasının yığılmasına səbəb olur.
7 Təzyiqin aşağı olması - hipotoniya
Yodun çatışmazlığı ürəyin funksiyasına mənfi təsir edir. Bu zaman ürək fəaliyyətini normal yerinə yetirə bilmir və bu fonda hipotoniya inkişaf edir. Bu zaman xəstələrdə baş hərlənməsi, təngnəfəslik, baş ağrıları, tərləmə və yorğunluq müşahidə edilir.
8 Ağıl zəifliyi
Baş beyinin işinin ləngiməsi, diqqətin azalması, yaddaşsızlıq, intellektin aşağı düşməsi, əqli zəiflik yod çatışmazlığı zamanı beyinə yod defisiti siqnallarının çatması səbəbindən baş verə bilir. Proses dərinləşdikcə əsəb xəstəlikləri və depressiya da inkişaf edə bilir.
9 Pis əhval ruhiyyə
Yodun çatışmazlığı insanın əhval ruhiyyəsinıə birbaşa təsir edir. Belə ki,uzun müddət yod çatışmazlığından əziyyət çəkən adamlarda kefsizlik, ətrafdakılara qarşı laqeydlik hissi yaranır.
Mütəxəssislr yuxarıda sadalanan əlamətlərin meydana çıxdığı zaman mütləq həkimə müraciət etməyi məsləhət bilir. Sadalanan əlamətlərin sizin ətrafınızdakı adamlarda da olduğu zaman onu mütləq həkimə getməyə məcbur edin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1390   Tarix: 17 dekabr 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

kosmetika mehsullari geyim dəbləri adlarin menasi mütləq bilməlisiniz xəmir reseptləri marqarita pizza paxla cigirtmasi kosmetika sirniyatlar bahar burclər oğlaq suni mayalanma