Orqanizmin çox kiçik, amma ən vacib vəzi

Orqanizmin çox kiçik, amma ən vacib vəziQalxanabənzər vəzi boğazın önündə, qırtlaqdan bir qədər aşağıda yerləşən 20-25 qram ağırlığında olan kiçik, amma orqanizmin ən böyük daxili sekresiya vəzisidir. Sekresiya vəziləri içərisində ən əsas funksiyanı daşıyan vəzilərdən biri sayılır.
Qalxanabənzər vəzi tiroid hormonları ifraz edir. Bu hormonlar bütün orqanizmin fəaliyyətinə təsir göstərir-maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımını və orqanizmin inkişaf prosesini və s. tənzimləyir. İnsan bu mühüm hormonların təsiri olmadan yaşaya bilməz.
Qalxanabənzər vəzin xəstəlikləri zamanı onun hormonlarının səviyyəsinin həm artması, həm də azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirir. Mütəxəssislər bildirir ki, qalxanabənzər vəzi xəstəlikləri əsasən orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir. Tiroid hormonları (T3 və T4) orqanizmin əsas mübadiləsində iştirak edir. Mübadilə zamanı əldə edilən enerji ürək əzələ yığılmasına, sinir impulslarının ötürülməsinə, bağırsaq peristaltikasına və bu kimi digər həyati vacib proseslərə sərf olunur. Bu proseslərin aktivliyi qalxanvari vəzin hormonları tərəfindən idarə olunur. Xalq arasında qalxanvari vəzin bütün xəstəliklərinə "zob" deyilir. Amma qalxanvari vəzi xəstəliklərinin hər birinin öz adı var. Zob isə qalxanvari vəzin böyüməsini ifadə edir. Azərbaycanca "ur" adlandırlan bu prloblem əhali arasında geniş yayılıb. Ümumiyyətlə, şəkərli diabetdən sonra endokrin orqanların patologiyaları arasında qalxanabənzər vəzi xəstəlikləri rast gəlmə tezliyinə görə ikinci yeri tutur. Dünyada qalxanabənzər vəzin xəstəliklərindən 200 milyondan çox insanın əziyyət çəkdiyi bildirilir.
Saç tökülməsi, dırnaqlarda kövrəklik, dəridə quruluq, halsızlıq, yorğunluq, artıq çəki, eləcə də çəki itkisi, yuxululuq, süstlük, depressiya, oynaqlarda ağrı, yaddaş zəifliyi, əsəbilik, ağlağanlıq, səbrsizlik, temperaturun artması, tərləmə, gözlərdə bərəlmə, ürəkdə döyünmə, yüksək təzyiq qalxanabənzər vəzi xəstəliklərinin əlamətləri sayılır. Bu əlamətlər olarsa, qanda qalxanabənzər vəzin hormonlarının yoxlanması, ultrasəs müayinəsi tövsiyə olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1191   Tarix: 14 iyun 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

toy makiyajlari donlar 2026 kosmetika mehsullari sifahi xalq edebiyyati haqqinda arıqlamaq duzlu xəmir işləri yay geyim 2026 kosmetika gozellik porno tapmaca novruza aid səməd vurğun