Oruc tutanlara XƏBƏRDARLIQ: sizdə bu xəstəlik varsa... - Həkim-endokrinoloq DANIŞDI

Oruc tutanlara XƏBƏRDARLIQ: sizdə bu xəstəlik varsa... - Həkim-endokrinoloq DANIŞDIMüsəlmanlar üçün Ramazan ayı oruc tutma ayıdır. Bəzən şəkərli diabet xəstələri də oruc tutmaq istəyir, lakin şəkərləri kontrol altında olmayan xəstələr uzun müddət aclıqdan sonra bir çox risklərlə qarşılaşa bilər. Bəs diabet xəstələri hansı hallarda oruc tuta bilər?
Publika.az-a danışan həkim-endokrinoloq Vüsalə Atakişizadənin sözlərinə görə, diabetli xəstələrin oruc tutub-tutmamasına həkim-endokrinoloq qərar verməlidir: "Xəstəliyin gedişatına əsasən pasientlər risk qruplarına ayrılmalı və riskin dəyərləndirilməsinin nəticəsinə əsasən oruc tutma qərarı həkim və pasientin birlikdə razılığı əsasında verilməlidir. Səhhəti yerində olan, şəkəri kontrol altında olan pasientlər oruc tuta bilərlər.
ÇOX YÜKSƏK RİSKLİ XƏSTƏLƏR;
- Ramazandan öncəki 3 ay ərzində hipoqlikemiya (şəkərin düşməsi) riski;
- Hipoqlikemiyanı hiss etməyən pasientlər;
-Qan şəkərləri kontrol altında olmayan pasientlər;
- Ramazandan öncəki 3 ay ərzində diabetik koma tarixçəsi olan pasientlər;
-Brittle tip 1 şəkərli diabet xəstələr;
-Ağır fiziki işlə məşğul olan insanlar;
-Hamilələr;
- Xroniki dializ xəstələri;
YÜKSƏK RİSKLİ XƏSTƏLƏR:
- Qanda şəkərin miqdarı 150-300mq/% və ya HbA1C 7.5-9% olan pasientlər;
- Diabetik nefropatiyalı xəstələr (böyrəklərin zədələnməsi);
- Diabetik retinopatiyası olan xəstələr (göz damarlarının zədələnməsi);
- Böyrək çatışmazlığından əziyyət çəkənlər;
- İnsulin müalicəsində olan tək yaşayan pasientlər;
- Səhhəti yerində olmayan yaşlı pasientlər;
- Psixatrop dərmanlar qəbul edən pasientlər;
RİSKİ AZ OLAN XƏSTƏLƏR:
- Diabetik ağırlaşmaları olmayan pasientlər;
- Yanaşı xəstəlikləri olmayan pasientlər;
- Şəkərləri yüngül şəkərsalıcı həblərlə kontrol altına alına bilən pasientlər".
Oruc tutanlara XƏBƏRDARLIQ: sizdə bu xəstəlik varsa... - Həkim-endokrinoloq DANIŞDIVüsalə Atakişizadə bildirir ki, oruc tutmasına icazə verilən pasientlər Ramazandan ən azı 2 ay əvvəl həkim müayinəsindən keçməli, müvafiq qan analizlərinə baxılmalı, ramazana görə təlimlərdən keçməli, uzun müddət ac qalmanın diabetlərdə yarada biləcəyi risklər izah olunmalı, pəhriz və dərman müalicəsində düzgün korreksiyalar aparılmalıdır.
Orucluq zamanı şəkər xəstələrində rast gəlinə biləcək ağırlaşmalar:
- Qanda şəkərin kəskin düşməsi;
- Qanda şəkərin çox yüksəlməsi;
- Diabetik ketoasidoz (xüsusilə, Ramazan öncəsi şəkərləri konrolda olmayan və özbaşına insulinin dozasını azaldan şəkərli diabet 1-ci tiplərdə görülür);
- Dehidratasiya və tromboz (susuzlaşma və qanın qatılaşması). Xüsusilə Ramazan ayının yay aylarına təsadüf etdiyi vaxtlarda oruc tutan və ağır fiziki işlə məşğul olan kişilərdə müşahidə olunur;
Həkimin sözlərinə görə, qanda şəkər 70mq%-dən aşağı düşərsə, eyni zamanda 300mq%-dən yuxarı qalxarsa orucu dayandırmaq lazımdır.
Sevinc Xanqızı

Sağlamlıq     Baxılıb: 2242   Tarix: 16 may 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

turlar.az

makiyaj etmek qaydalari geyim necə seçməli kosmetika mehsullari yumurta ile uz maskalari xınayaxdı sözləri xinayaxdi hakista 2026 yaz yay kolleksiyasi kosmetika aydin sani burclerin uygunlugu tərəzi bürcü gözəllik oxu az