Oruc tutarkən susuzluğun qarşısını almaq üçün nə etməli? - Həkimdən Məsləhət

Oruc tutarkən susuzluğun qarşısını almaq üçün nə etməli? - Həkimdən Məsləhətİlk növbədə nəzərə almaq lazımdır ki, yay orucu həm müddətcə daha uzundur, həm də havanın isti vaxtına təsadüf edir. Buna görə də, mütləq imsaka durmaq lazımdır. Səhər, yəni imsakda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmaq, kəpəkli çörək yemək vacibdir. Çünki kəpəkli çörək ağ çörəkdən 4 dəfə gec həzm olunur, bu, uzun zaman ac qalmaq üçün faydalıdır.
Bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov imsakda düzgün qidalanma ilə bağlı tövsiyələrini paylaşıb.
Fitoterapevtin sözlərinə görə, ağ çörək tez sorulduğundan yeməkdən sonra qanda şəkərin miqdarı çox qalxır və tez də düşür. Suda qaynadılmış yumurtaya üstünlük verilməlidir, onun tərkibindəki zülal orqanizmin enerji balansını qoruyur. Suda qaynadılmış tikə ət də bu yöndən faydalıdır. 3-4 ədəd xurma yemək də faydalıdır, xurmada həm karbohidrat, həm zülal, həm də az miqdarda yağ var:
"Kəpəkli undan hazırlanmış makaron, yerli düyü, duzsuz pendir, qaymaq, xama yemək faydalıdır. Süddə bişmiş yulaf və ya müsli insanı uzun müddət tox saxlayır. Bol su qəbul olunmalı, köpün olmaması üçün razyana və çobanyastığı əlavə edilmiş çay içilməlidir. Limon və ya məkkəgülü ilə dəmlənmiş çay da susuzluğun qarşısını almaq üçün yaxşı vasitədir.
1 xörək qaşığı məkkəgülü çiçəklərini 3 stəkan suya tökün, üzərinə 2 çubuq darçın, 2 ədəd doğranmış alma, 2 xörək qaşığı bal və ya şəkər tozu əlavə edib zəif odun üzərində 5 dəqiqə qaynadın, sonra soyuducuya qoyun, səhər imsak zamanı için. Bu içki həm dadlıdır, həm də susuzluğun qarşısını alır".
Ramazan.Milli.Az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1260   Tarix: 14 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geyim seçimi kosmetik vasiteler maskalar 2026 yay donlari serebral iflic usaqlar qadınlar və kişilər tənəffüs orqanları kosmetika novruza aid hakışda oglaq nizami gencevi sevgi qu quşu