Öskürəyə səbəb olan xəstəliklər SİYAHISI

Öskürəyə səbəb olan xəstəliklər SİYAHISIBədənin müdafiə mexanizmləri arasında öskürək önəmli yer tutur. Öskürək orqanizmin müdafiə reaksiyası olub, tənəffüs yollarını yad və zərərli amillərdən, bəlğəm və toz hissəciklərindən təmizləmək üçün mövcud olan refleksdir. Bu halda öskürəklə mübarizə aparmaq əvəzinə, əksinə, ona işində mane olmamaq lazımdır. Yəni, öskürək qurudursa, otagın havası nəm və çox isti olmamalıdır. Xəstə bol miqdarda maye qəbul etməli, özünü soyuqdan qorumalıdır.
Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova "Öskürəyin yaranma səbəbləri hansı xəstəliklərdir?" sualını cavablandırıb.
Həkim bildirib ki, bəlğəmlı oskürəyin əlacı bitki və bəzən kimyəvi tərkiblı çoxsaylı vasitələrdir ki, bunlar barədə tibb sahəsindən uzaq olan insanlar da kifayət qədər xəbərdardırlar. "Xatırladım ki, öskurək refleksini törədən səbəblərin 90%-i viruslu xəstəliklərin payına düşür. Lakin öskürək bəzən patoloji xarakter də daşıya bilər. Bu zaman o, müdafiə funksiyasından çox, hər hansı xəstəliyin əlamətlər zəncirində bir halqa rolunu oynayır".
X.Novruzova öskurəyin məhz bu səbəbləri barədə bildirib ki, tənəffüs orqanalarının çoxsaylı xəstəlikləri öskürək refleksinin yaranmasında liderdir. Bunlara bronxit, bronxial astma, pnevmoniya, plevrit, agciyər xərçəngi, agciyər vərəmi və s. aiddir. Digər səbəb LOR orqanları xəstəlikləridir. Bunlara faringit, laringit, qırtlaq xərçəngi, adenoidlər aiddir. Qeyd edim ki, hətta qulaq kiri belə öskürək yarada bilər.
"Öskürəyin səbəblərindən biri də ürək qan-damar sistemi xəstəlikləridir", - deyən terapevt əlavə edib ki, bunlara ürək çatışmazlığı, aortanın anevrizması, pulmonar trombo-emboliya və perikarditlər aiddir. Bu xəstəliklərin müalicəsində tətbiq olunan dərman preparatlarından APF-inhibitorlari (kaptopril, enalapril və s.) və amiadaronun yan təsiri kimi quru öskürək tutmaları heç də nadir hadisə deyil.
Öskürək yaradan növbəti "təqsirkar" qrup həzm sistemi xəstəlikləridir. Bunlara diafraqmal yırtıq, qastroezofageal reflüks, diafraqmaaltı abses aiddir. Eyni zamanda metabolik pozğunluqla keçən podaqra xəstəliyi, zob və strumektomiya (zob əməliyyatı), həmçinin, psixoemosional gərginlik, dağ xəstəliyi də öskurəyə səbəb ola bilər.
Öskürəyin səbəbini aşkar etmədən onu özbaşına müalicə etmək yolverilməzdir. Ona görə də, xəstələrin oskürək simptomuna etinasız yanaşmayıb səbəbini aydınlaşdırmaq və müvafiq müalicə taktikası seçmək üçün vaxtında həkimə müraciət etməyi məsləhətdir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1061   Tarix: 06 noyabr 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

makiyaj etmek qaydalari sac duzumleri aksessuarlar sirniyyatlar badimcan murebbesi hazirlanmasi böyürtkənin faydaları faydalı bitkilər kosmetika penis turpun nağlı haxisda vətən həsrəti sağlamlığa aid atalar sözləri