Öskürəyin müalicəsi zamanı nələri etmək olmaz? - Həkim əsas səhvləri açıqladı

Öskürəyin müalicəsi zamanı nələri etmək olmaz? - Həkim əsas səhvləri açıqladı"Soyuqdəymə, qrip və digər bu kimi xəstəliklərin ən çox rast gəlinən simptomlarından biri öskürəkdir. Çox vaxt insanlar onun müalicəsində bir neçə səhvə yol verirlər".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı pulmonoloq Yekaterina Sak xəbərdarlıq edib.
Onun sözlərinə görə, əsas səhvlərdən biri quru öskürəyin mütləq yaş öskürəyə çevrilməli olduğu düşüncəsidir.
"Öskürək mütləq bəlğəmli olmamalıdır. Kəskin respirator virus infeksiyaları (KRVİ) zamanı öskürək çox vaxt udlağın arxa divarı boyunca seliyin axması və ya boğazda iltihab və ağrı səbəbindən yaranır. Bu halda heç bir bəlğəm olmayacaq, burunu yumaq və çoxlu maye içmək daha məntiqlidir. Həmçinin bronxial astma, bəzi təzyiq dərmanlarının qəbulu və qastroezofageal reflüks xəstəliyi (QERX) zamanı da quru öskürək ola bilər, burada da heç bir bəlğəm olmayacaq. Buna görə öskürəyin səbəbini müəyyən etmək üçün Həkimə müraciət etmək daha yaxşıdır", - deyə Sak qeyd edib.
Həkim bildirib ki, ikinci səhv bəlğəm ifrazı zamanı öskürəyi bloklayan dərmanların qəbuludur.
"Bu, tez-tez rast gəlinən bir səhvdir, belə etmək lazım deyil. Məsələ burasındadır ki, bu halda öskürək əksinə bizə çox lazımdır ki, bəlğəm xaric edilsin. Öskürək refleksini bloklaşdırsaq, nə olacaq? Bəlğəm bronxlarda durğunlaşacaq və iltihabı gücləndirəcək", - deyə həkim bildirib.
Mütəxəssisin sözlərinə görə, üçüncü geniş yayılmış səhv öskürəyi antibiotiklərlə müalicə etməkdir, çünki çox vaxt soyuqdəymə virus infeksiyası səbəbindən baş verir, antibiotiklər isə viruslara təsir etmir.
"Virus infeksiyası bakterial infeksiyaya keçə bilmir, ona görə də antibiotiklərin öldürəcəyi heç nə yoxdur. Əlbəttə, çox nadir hallarda virus infeksiyasına bakterial infeksiya qoşulur. Amma bu, özbaşına antibiotiklər təyin etmək üçün səbəb deyil, həkimə getmək daha yaxşıdır", - deyə Sak bildirib.
Pulmonoloq bildirib ki, son geniş yayılmış səhv xalq vasitələri, otlar və yağlarla inhalyasiya etməkdir.
"Birincisi, hər öskürəyə inhalyasiya lazım deyil. İkincisi, əgər nebulayzer vasitəsilə inhalyasiya ediriksə, yalnız bunun üçün nəzərdə tutulmuş vasitələrdən istifadə etmək lazımdır. Heç bir halda dəmləmələr, otlar, yağlar istifadə etmək olmaz. Bu, təkcə səmərəsiz deyil, həm də təhlükəli ola bilər. Ağır allergik reaksiyalar, bronxospazmın güclənməsi, yağlı pnevmoniyanın yaranması mümkündür. Vəziyyəti ağırlaşdırmayın", - deyə həkim sözlərini yekunlaşdırıb.
Milli.Az

Xəbərlər     Baxılıb: 1629   Tarix: 13 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

qaşların formalari toy gecesi maskalar faydalı məlumat hiperaktiv usaqlarin mualicesi gün vurmanın əlamətləri hakista xina yaxdi sozleri kosmetika sekisler sağlamlıq hakistalar novruz hakistasi rəksanə