Oturaq həyat tərzi ilə ikinci tip diabet arasında əlaqə tapıldı
Oturaq həyat tərzi sağlamlığa ziyandır, belə ki, o, ikinci tip diabetin inkişaf riskini artırır.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Arizona Universitetinin alimləri xəbərdarlıq edirlər.
Onların son araşdırmaları göstərir ki, ayağa qalxmadan 15 dəqiqəlik oturmaq qanın biokimyasında mənfi dəyişikliklərə gətirib çıxarır.
Əldə olunan nəticələrə əsasən, oturaq həyat tərzi insulinə həssaslığa təsir göstərir.
Alimlər tədqiqat çərçivəsində bu əlaqəni ahıl və orta yaşlı 500 qadın üzərində öyrəniblər. Qadınlara bir neçə həftə ərzində aktivlik səviyyəsini izləyən trekerlər veriblər. Alimlər nəinki qadınların ümumiyyətlə gün ərzində kresloda və ya divanda oturaraq keçirdikləri müddəti, eləcə də heç ayağa durmadan nə qədər oturaq vaxt keçirdiklərini də nəzərə alıblar. Daha sonra bu məlumatlar tibbi göstəricilərlə müqayisə edilib.
Məlum olub ki, şəkərin göstəricisi və insulinə həssaslıq, ilk növbədə, ümumi hərəkətsizlikdən deyil, qadınların divanda və ya kresloda heç yerindən qalxmadan oturaq halda nə qədər vaxt keçirməklərindən asılı idi.
Belə ki, hər 15 dəqiqə hərəkətsizlik qanda qlükozanın göstəricilərini 1-5%, qanda insulinin göstəricilərini 7%, insulini həll etməmək qabiliyyətini isə 9% artırırdı. Qadınlar tez-tez ayağa durduqda diabetin inkişaf riski azalırdı və əsas qan göstəriciləri isə yaxşılaşırdı.
Milli.Az /news.milli.az









Şampun saç tökülməsinə səbəb ola bilər?
Rusiyanın xarici agent kimi tanıdığı Maksim Qalkin Bakıya gəlir
Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR
Ofeliya qardaşı üçün qan axtarır - İzləyicilərinə səsləndi
Hasan Can Kaya nişanlandı
Ayaq və əllərdə göbələk varsa, belə edin
Bu içki kişiləri prostat xərçəngindən qoruyur
Ananas düşündüyünüz qədər məsum deyilmiş: Dilinizi "yeyən" meyvənin gizli zərərləri
Qadınların bədənindən əllərinizi çəkin' - Hadisədən tənqidlərə cavab
İpək Tuzcuoğlu 'Kıskanmak'la vidalaşır
Pulsuz bilet üçün məni narahat etməyin' - Hüseyn
Onu öz klipimdə görməyi arzulayırdım' - Muradın arzusu çin oldu