Ovçuluq məhsullarının təhlükəsizliyi

Ovçuluq məhsullarının təhlükəsizliyiTarixən ov heyvanlarının əti həmişə keyfiyyətli qida növü kimi qiymətləndirilib. Belə ki, aktiv həyat tərzi sürən ov heyvanları sənaye zonalarından kənar ərazilərdə məskunlaşmaqla təbii qidalanır və instinktiv olaraq yemlərin ən faydalısını seçir. Bu səbəbdən də ov əti yüksək kaloriyə və pəhriz xüsusiyyətinə malikdir. Ov ətinin morfoloji və bioloji xüsusiyyətləri heyvanın növü, yaşı, cinsi və köklük dərəcəsi ilə müəyyən edilir.
Cavan ov heyvanlarının əti daha çox birləşdirici toxuma və daha az yağa malik olmaqla, rəng etibarilə tünd qırmızı və mavi-bənövşəyi çalarlı olur. Adətən iri ov heyvanlarının əti zülallar (18-22 %), yağlar (1,1-17,5 %), ekstraktiv maddələr (0,7-1,7 %), fermentlər, vitaminlər, minerallar və bioloji aktiv maddələrlə zəngin olur. Yetkin erkək ov heyvanlarının əti dişilərə nisbətən daha lifli və bir qədər sərt olur. Bir qayda olaraq, ov heyvanlarının ətindən hazırlanan qidalar aromatik və spesifik hesab edilir.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan məqalədə bildirilir.
Ovçuluq - vəhşi heyvanların və  quşların ovlanması üzrə fəaliyyət növüdür. Ölkəmizin təbii-coğrafi və iqlim şəraitinin rəngarəngliyi, ovlanmasına icazə verilən heyvan və quş növlərinin zənginliyi ovçuluğa olan marağı daha da artırır. Əsrarəngiz təbiətimizdə dağ keçisi, dovşan, bataqlıq qunduzu, Dağıstan turu, qaban, qaz, çöl ördəyi, bildirçin, qaşqaldaq, cüllüt və s. ov heyvanı kimi tanınır. Həmçinin vəhşi həyat tərzi sürən, lakin ovlanmasına icazə verilməyən və adı "Qırmızı kitab"a düşən heyvanların ovlanması yolverilməzdir. Qonur ayı, bəbir, ceyran, cüyür, maral, turac, qızılqaz və digərləri ovlanmasına icazə verilməyən heyvanlar sırasına daxildir.
Fauna və floranın mühafizəsi baxımından heyvanların müəyyən olunmuş qaydalar çərçivəsində ovlanması mühüm ekoloji əhəmiyyət kəsb edir. Ənənəvi olaraq hər il müvafiq qurumlar tərəfindən ov mövsümü ərəfəsində ov ərazisi və hər bir heyvan növünə görə ovlanma müddəti barədə məlumat verilir. Odur ki, ovçular bu məlumatlar əsasında ovlana bilən heyvan növü və dövrü barədə məlumatlı olurlar. Adətən qaban ovuna sentyabr-dekabr, dovşan ovuna dekabr-fevral, bataqlıq qunduzu ovuna isə oktyabr-fevral aylarında icazə verilir.
Vəhşi heyvan və quşların ovlanmasına ilk növbədə onların bioloji xüsusiyyətləri nəzərə alınmaqla icazə verilir. Belə ki,  heyvan və quşların fizioloji çoxalma (balalama, yumurtlama və s.) dövründə ovlanması heyvan rifahı baxımından yolverilməzdir.
Heyvan və quşların ovlanması ayrılmış ov yerlərində ekoloji və sanitar-gigiyenik qaydalara riayət edilməklə həyata keçirilməlidir. Həmçinin seçilmiş ovlama üsulu heyvan rifahı qaydalarına uyğun olmalı və heyvanlara əzab verməməlidir.  Eyni zamanda ov proseslərini heyvanlarda stres yaratmadan tez bir zamanda sonlandırmaq əldə olunan məhsulların keyfiyyəti baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, ovçuluq fəaliyyəti dövründə ovçuların bir sıra xəstəliklərə yoluxma, hətta xəstəlikləri yayma riski mövcuddur. Belə ki, ovlanan heyvanlar arasında rast gəlinən zoonoz xəstəliklər, eləcə də müxtəlif həşərat sancmaları səbəbindən baş verən xəstəliklər insan sağlamlığı üçün təhlükə mənbəyi hesab edilir. Ona görə də ovçular təhlükəli kənar təsirlərdən, o cümlədən həşərat sancmaları və ov heyvanlarında mövcud olan infeksiyalardan qorunmalıdırlar. Ov heyvanları və quşları arasında rast gəlinən quş qripi, bruselyoz, quduzluq, qarayara, tulyaremiya, trixenelyoz, listerioz, leptospiroz və b. xəstəliklər insan sağlamlığı üçün təhlükəli hesab olunur. Bu səbəbdən də ovlanmamışdan əvvəl hərəkətlərində qeyri-adi hallar müşahidə olunan və ya xəstə olduğuna şübhə edilən heyvanın və ya quşun əti istehlak edilməməlidir.
Hər şeydən əvvəl ov heyvanlarının ovlanması ilə məşğul olan şəxslər, ov heyvanlarının anatomiyası, fiziologiyası və davranışları, həmçinin onlardan tədarük olunan məhsulların xüsusiyyətləri və təhlükəsizlik göstəricilərinə dair kifayət qədər məlumatlı olmalıdırlar. Ovlandıqdan sonra ov heyvanlarının qanı dərhal axıdılaraq, daxili orqanları və içalatı ən qısa müddətdə çıxarılmalıdır. Tədarük edilən ov heyvanlarının əti ən qısa müddətdə soyudulmalıdır. Havanın soyuq olduğu dövrdə isə aktiv soyutmaya ehtiyac olmur. Bununla yanaşı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə ovlanan heyvan cəmdəklərinin üst-üstə yığılması yolverilməzdir.
Təhlükəsiz ov məqsədilə ovçular tərəfindən sanitar-gigiyenik qaydalara uyğun olaraq ovlanan heyvanların cəmdəyi (əti və ya daxili orqanları) ərazidən toplanmalı, ölü heyvanların cəsədlərinin yeri və ifrazatları müvafiq kimyəvi maddələrlə dezinfeksiya edilməli və ya mümkün olduğu halda odla yandırılmalıdır. Ovlanmış heyvan və ya quş ilə təmasdan dərhal sonra isə əllər sabunla yuyulmalı və ya spirt tərkibli məhlullarla dezinfeksiya edilməlidir. Bununla yanaşı, ov prosesində istifadə edilən alətlər və səthlər (bıçaq, balta, mişar, kəsim lövhələri və s.) yuyulmalı və dezinfeksiya edilməlidir. Eyni zamanda xəstəliklərin qarşısının alınması məqsədilə ov heyvanlarının ət və ət məhsulları baytar həkimin baxışından keçirilməli və baytarlıq-sanitariya ekspertizasına cəlb edilməlidir. Həmçinin ovlanmış heyvan ətinin çiy və ya yarıbişmiş şəkildə istehlakının təhlükəli olması nəzərə alınmalıdır.
Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun  Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, Ç. Süleymanova, K. Əliyeva tərəfindən hazırlanıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1636   Tarix: 06 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

toy gecesi makiyaj instagram sade makiyaj sekilleri ana südü artırmaq azerbaycan haqqinda hakışta necə tez arıqlayım kosmetika rus dilin nece orenek novruz bayramına aid bakışta azərbaycan qardasa aid haxistalar klitor