Övladın valideyn üzərində HAQQI... MÜTLƏQ OXUYUN

Övladın valideyn üzərində HAQQI... MÜTLƏQ OXUYUNElm - elə bir nemətdir ki, sonu yoxdur. İnsan bu yolda hər nə qədər irəli getsə də, daha çox məchullarla rastlaşar. İslam dini elm öyrənməyə xüsusi dəyər verir. Ona görə də İslam dinində elmdən ayrılmaq mənasız bir sözdür. Həqiqi müsəlman elminə heç bir zaman son verməz, həmişə axtarışda və elm dalınca olar. Daima tələbə və şagird olar.

qadınsaytı.az deyerler.org-a istinadən bildirir ki, övladın valideyn üzərində olan haqqı budur ki, onu elmdən bəhrələndirsin. İslam dini müsəlmanları elm öyrənməyə, xüsusilə də İlahi elmləri öyrənməyə dəvət edir. Təlim və tərbiyəni hamı üçün vacib bilir. İnsan gərək uşaqlıqdan ölənə qədər elm öyrənsin.
İmam Əli (ə) buyurur: "Övladlarınızı elm öyrənməyə dəvət edin".
Bir gün İmam Həsən (ə) övladlarını və qardaşı övladlarını toplayıb buyurur: "Siz bugünkü cəmiyyətin övladlarısınız. Tezliklə sabahkı cəmiyyətin böyükləri olacaqsınız. Ona görə də elm öyrənin, sizlərdən hər kimin hafizəsi güclü deyilsə, mövzunu yazsın və onu evində saxlasın".
Bu dünyada heç bir şey elm qədər dəyərli deyildir. Belə ki, ümmətlər elm vasitəsilə cavidan yaşayır. Bir insanın nəfsani şərafəti və şəxsiyyəti onun vasitəsilə müəyyən olunur. Elm toplamaq ibadətdəndir. Alim o kəsdir ki, gözlərinin ikisini də açmış və həqiqətləri görməkdədir. Vəzifəsi isə həqiqəti görməyənlərə düz yolu göstərməkdir.
Həzrət Peyğəmbər (s) buyurur: "Alimin abiddən üstün olması, günəşin ulduzlardan üstün olması kimidir. Abidin qeyri-abiddən üstün olması isə Ayın ulduzlardan üstün olması kimidir".
İbadət və şücaət insana o zamanə qədər fayda verir ki, insan sağdır. Lakin öləndən sonra onun üçün artıq faydalı olmaz. Sadəcə gözəl adı qalar. Ancaq alim o vaxta qədər ki, elmi qalar, təsiri cavidan olar.
"O zaman ki, cümə gecəsi olar, Peyğəmbərin (s) pak ruhu, Məsumların (ə) ruhları və bizim ruhumuz onlarla ərşə qalxar. Ruhlarımız bədənimizə o zamana qədər qayıtmaz, məgər təzə elm ilə. Əgər belə olmasaydı, elmimiz sona çatardı".
Başqa bir hədisdə Peyğəmbərdən (s) oxuyuruq ki, buyurub: "O gün ki, gəlib çatacaq və məni Allaha yaxınlaşdıran elmim artmazsa, o gün günəşin çıxması mənə mübarək olmasın".
Bu hədislərdən göründüyü kimi Peyğəmbərimiz (s) elm dənizi olmasına baxmayaraq, ömrünün sonuna qədər yenə də elm öyrənmiş və bundan yorulmamışdır. Ona görə də hər kim Həzrətin (s) davamçısı olmaq istəyirsə, gərək onun sünnətini davam etdirsin və elm öyrənməkdən yorulmasın. İnsanın həmişə elm öyrənməyə ehtiyacı vardır.

Maraqlı     Baxılıb: 2792   Tarix: 29 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

turlar.az

toy gecesi adlarin menasi sade makiyaj sekilleri qadini ehtiraslandiran sozler kecellesme süni qidalar 2026 yay paltarlari kosmetika cinsi əlaqə novruz bayramı haxışta xanim.az bayatı uzeyir