"Oyananda gördüm ki, paltarımı çəkib..." -Binədə ailə dramı

"Oyananda gördüm ki, paltarımı çəkib..." -Binədə ailə dramıArvadı ilə intim əlaqədə olan ev sahibini öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü İlkin Əhmədov barəsindəki hökmdən apelyasiya şikayəti verib.
Milletinsesi.info xəbər verir ki, bu ilin aprelində Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan 1992-ci il təvəllüdlü İlkin Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fail İsmayılovu qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.
Müəyyən edilib ki, İlkin Əhmədov uzun müddət Fail İsmayılovun evində kirayədə yaşayıb. İlkin Əhmədov həyat yoldaşı ilə Fail İsmayılovun münasibətlərindən şübhələnib. O, hadisə baş verən günü səhər işə getmək adı ilə evdən çıxıb və tez geri dönüb. Evə qayıdarkən İlkini həyat yoldaşı ilə bir yerdə tutub. Onların arasında dava düşüb və İlkin Əhmədov Fail İsmayılovu əvvəl bıçaqlayıb, sonra da başını kəsib. Cinayəti törədəndən sonra isə polisə təslim olub.
Cinayəti işi üzrə ifadə verən İlkin Əhmədov hadisənin təfərrüatını açıqlayıb. O bildirib ki, həmin gecə pivə alıb evə gətirib, evdə qətlə yetirdiyi Faillə birgə içiblər: "Pivəni içəndən sonra hardasa saat 4 olardı, Fail dedi ki, qazın balansı bitib, gedək mağazada pul yükləyək. Birgə evdən çıxdıq. Yolda Fail dedii, evdə işim var, geri qayıtdı. Mən isə qaza pul yükləyib evə qayıdanda gördüm ki, Fail arvadıma təcavüz edir. Onunla dava etdim, sonra bıçaq əlimə keçdi, vurdum".
İlkin Əhmədovun həyat yoldaşı Aygün Əhmədova isə hadisə və ondan öncə baş verənlər barədə daha ətraflı ifadə verib: "İlkin onu öldürmədən bir neçə gün əvvəl Fail məni zorlamışdı. Hadisə günü bizə gəldi, oturub pivə içdilər. Onlar pivə içəndə mən otağa keçib uzandım, mürgüləmişdim. Oyanıb gördüm ki, bir tərəfimdə İlkin uzanıb, o biri tərəfimdə Fail. Dedim, bu burda nə gəzir? İlkin dedi dəymə, içkilidir, evə gedə bilmir. Sonra onlar çölə çıxdılar, Fail İlkini qazın kartına pul yükləməyə göndərdi.
Mən onda yatmışdım, oyananda gördüm ki Fail başımın üstündə durub. Paltarımı çəkib məni zorlamaq istədi. Həmin vaxt İlkin evə girdi. Fail söyüş söyürdü, İlkin onu çölə çıxartdı. Eşitdim ki, Fail deyir, bıçaq qarnıma girdi. Sonra da onun bıçaqlandığını bildim".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Əhmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İlkin Əhmədov cəzasının yüngülləşdirilməsi üçün apelyasiya şikayəti verib.
Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
İş hakimi Faiq Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılır.
Növbəti proses noyabrın 28-də davam edəcək.
Teleqraf.com

Xəbərlər     Baxılıb: 1697   Tarix: 25 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

sac duzumleri geyim necə seçməli maskalar masaj edirem hamiləlik və doğuş qadın aksesuarları atalar sozleri ve meseller kosmetika qiz evi hakışda atalar sözləri hakisda novruz bayramına aid hakıştalar