Özbaşına ağrıkəsici qəbulu bu fəsadlara səbəb ola bilər - Xəbərdarlıq

Özbaşına ağrıkəsici qəbulu bu fəsadlara səbəb ola bilər - XəbərdarlıqBildiyimiz kimi, həkimlə məslətləşmədən hər hansı bir dərmanın istifadəsi tövsiyyə edilmir. Ancaq bir çox insan baş, diş və s. ağrılar zamanı həkimlə məsləhətləşmədən ağrını keçirmək məqsədilə müxtəlif növ ağrıkəsicilərdən istifadə edir. Bir müddət sonra isə bu, bir çözüm kimi görülür və hər ağrıda bu dərmanlar qəbul edilir.
Ağrıkəsicilərin tez-tez qəbulunun nə qədər doğru olduğu isə sual doğuran məqamdır.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan farmokoloq Aydın Əliyev ilk olaraq xatırladıb ki, həkim məsləhəti olmadan dərman qəbul etmək olmaz, əks halda, bütün məsuliyyəti xəstənin özü daşıyır.
Həkim ağrıların səbəblərindən də danışıb:
"Ağrılar müxtəlif hallardan, məsələn, iltihabın olması, mübadilənin pozulmasından və s.-dən qaynaqlana bilər. Həkim ağrının səbəbini bildikdən sonra dərman təyin edə bilər".
"Ağrının müvvəqəti kəsilməsi müalicə deyil"
"Ağrıları sinir keçidimiz vasitəsilə hiss edirik. Əgər dərman ağrı kəsirsə, deməli, sinirlərə də təsir edir. Bu təsir hərəkətləri pozur, qan hərəkətini ləngidir, damarlara təsir edir. Ağrının müvəqqəti kəsilməsi müalicə deyil. Dərmanın təsiri keçdikdən sonra yenidən başlayacaq.
Məsələn, iltihab varsa, o müalicə olunmalıdır və yaxud baş ağrısı zamanı istifadə olunan dərmanlar da var. Bəlkə də o ağrı miqrendir. Miqren isə beyin damarlarının boşalmasıdır. Belə halda ağrıkəsici istifadə etmək vəziyyəti daha da çətinləşdirir, çünki ağrı dayansa belə, proses davam edir".
Nəticədə məlum olur ki, ağrıkəsicilər ağrını keçirsə belə, ağrının yaranma səbəbi müalicə olunmalıdır. Əks halda, proses davam etdiyi üçün ağrıkəsicidən özbaşına istifadə daha böyük fəsadlara səbəb ola bilər...
Milli.Az

Xəbərlər     Baxılıb: 1496   Tarix: 06 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

makiyaj instagram kosmetoloq geyim dəbləri keks reseptləri gündəlik bürclər roya ayxan orqazm kosmetika insan həmidə qaynanaya aid fitat sac modelleri