Pandemiya ilə gələn yuxu problemləri: Koronasomni

Pandemiya ilə gələn yuxu problemləri: KoronasomniYuxu orqanların düzgün işləməsi və ruh sağlamlığı üçün çox önəmlidir.
Milli.Az xəbər verir ki, mütəxəssislər pandemiyaya bağlı yuxu problemlərini müəyyənləşdirmək üçün koronasomni teriminini istifadə etməyə başlayıb. Pandemiya dövründə 13 ölkədən 44 məqalə və hesabatın analiz edildiyi və 54.231 nəfərin qatıldığı çalışmada yuxu problemlərinin artdığı, əhalinin və tibb işçilərinin 40 faizinin bundan təsirləndiyi qeyd edilir.
Yuxu problemlərinin yaranmasında bir çox faktorlar vardır. Bunlar arasında sosial məsafə, məktəblərin bağlanması, karantinlər, evdən çalışmaq kimi gündəlik faktorlar, demək olar ki, hər kəsə təsir edən virusa yoluxma qorxusu, sevdiyimiz birini itirmə həyəcanı və iqtisadi itkilər ortaya çıxıb. Pandemiyanın nə zaman bitəcəyi, gələcəyə dair qorxular insanlar yatağa girdikdə düşündükləri üçün bu kimi fikirlər yuxu pozuntularına gətirib çıxarır.
Yuxu probleminə qarşı nə etmək olar?
Gündəlik proqram hazırlayın. Hər gün eyni saatda oyana, işə gedirmiş kimi geyinə bilərsiniz. Səhər yeməyini yeyib, iş vaxtlarında çalışıb, gündəlik idman edərək, hər gecə eyni saatda yatmalısınız. Səhər gün işığına məruz qalmaq, yatmazdan əvvəl həyəcanlı xəbərlərdən qaçmaq və yuxudan 60 dəqiqə əvvəl telefon, kompyuter və televiziya izləməyərək mavi işıqdan uzaq durmalısınız. Gündəlik kafein alımını, xüsusilə qəhvəni azaltmaq önəmlidir. Mütəmadi qəhvə içənlər bunu azaltmaq üçün çayla əvəz edə bilərlər. Düzgün qidalanma, musiqi terapiyası, meditasiya və yoqa da faydalıdır.
Həkimin məsləhət bildiyi dərmanlardan istifadə edilməlidir
Nevroloqlar və ya psixiatrlar bəzi özəl hallarda yuxuya kömək edən dərmanlar yaza bilərlər. Amma bu dərmanlar həkim nəzarəti ilə, 2 həftədən çox istifadə edilməməlidir. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1588   Tarix: 21 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

həkim məsləhəti gözəllik məhsulları geyim necə seçməli atalar sözləri veten haqqinda ədəbiyyat testləri suni mayalanma ziyani i̇mtahana hazırlıq kosmetika veten haqqinda bayati gözellik qoğalın nağlı seksual usaq seirleri