Pandemiya müddətində küçədən evə gələrkən hansı qaydalara riayət edilməlidir?
Rusiyalı həkim pandemiya dövründə küçədən evə gələrkən nələrə diqqət etmək lazım olduğunu izah edib.
Milli.Az bildirir ki, Stupino Mərkəzi Kliniki Xəstəxanasının tibbi profilaktiki mərkəzinin rəhbəri Nadejda Fomina bununla bağlı bəzi məsləhətlər verib.
İlk növbədə, qapının kandarında xlor qatılmış su ilə nəmləndirilmiş dəsmal qoymaq lazımdır. Evə daxil olan zaman ayaqqabılar bu dəsmala silinməlidir. Əlcəklər və maska bədənin açıq hissələrinə toxunmadan çıxarılaraq paketə qoyulmalı, sonra isə bərk bağlanılaraq zibil qabına atılmalıdır.
Üst geyimini, yaxşı olar ki, eyvana və ya ayrıca bir yerə qoyasınız.
Çantanızı və içindəkiləri antiseptik vasitə və ya 60%-li spirtlə dezinfeksiya edin.
Aldığınız məhsulları isə sabunla yuyun. Çalışın, bağlamada olan məhsulları alasınız. Tort və ya şirniyyatı sabunla yuya bilmədiyinizə görə, yaxşı olar ki, onlardan imtina edəsiniz.
Eynəkdən istifadə edən insanlar eynəklərini antiseptik salfetlə silməli və ya sabunla yumalıdır. (ölkə.az)
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur
Hüseyn narkotik aludəçisi olandan sonra yalanlar danışdı
Anasının dəfninə getmədi, "TikTok"da sərvət qazandı
Əlikram Bayramov qadağa dövründə balıq tutdu
Yeməklə birlikdə su içənlərə xəbərdarlıq
Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR
Rusiyanın xarici agent kimi tanıdığı Maksim Qalkin Bakıya gəlir
Albalının xərçənglə mübarizədə rolu
Hasan Can Kaya nişanlandı
Ofeliya qardaşı üçün qan axtarır - İzləyicilərinə səsləndi