Pandemiya nə zaman başa çatacaq? - Həkim
Pandemiya hər ölkədə özünəməxsus şəkildə gedir, Azərbaycanda isə epidemioloji vəziyyəti hazırda stabil qiymətləndirmək olar. Bu mənada qonşularımızdan asılı deyilik, bizim öz istiqamətimiz var.
Bu sözləri Publika.az-a açıqlamasında tibbi ekspert Vasif İsmayıl deyib. Həkim bildirib ki, havaların soyuması nəticəsində immun sisteminin zəifləməsi virusların və infeksion xəstəliklərin daha da yayılmasına səbəb olur:
"İnsanlar vəziyyətin daha da pisləşəcəyi ilə bağlı narahatdırlar. Onlar soyuq havaların virusu daha da yayacağını, yeni dalğaya səbəb olacağını düşünürlər. Lakin bu dalğaların şiddəti əhalinin vaksinasiyasına əsasən dəyişir. 5-ci dalğanın başladığını düşünmürəm. Məktəblər və universitetlər açıldı deyə bizdə yoluxma sayı aşağı düşmədi. Odur ki, yoluxma nisbəti bir müddət təxminən bu şəkildə davam edəcək. Qarşıdakı aylarda dalğanın aşağı düşməsi, sonra yenidən yüksəlməsi gözlənilir. COVID-19 hava-damcı yolu ilə yayıldığı üçün daim nəzarət altında saxlanılmalıdır.
Pandemiyanın tezliklə bitməsi gözlənilmir, buna baxmayaraq, epidemioloji vəziyyəti çox yaxşı hala gətirmək olar. Sözün düzü, bu dəqiqə Azərbaycanda yoluxma sayı dəhşətli deyil, vaksinasiya hesabına artıq insanlar xəstəliyi yüngül keçirməyə başlayıb, digər qismi də özünü qoruya bilir. Kütləvi immunitetin meydana gəlməsi üçün Azərbaycanda əhalinin 65-70 faizi peyvəndlənməlidir. Buraya uşaqlar da daxildir. Bu mənada əsas fikir peyvəndlənmənin üzərinə yönəlməlidir".
Aytən Məftun









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yod çatışmazlığı təhlükəlidir
Nanə yağı təzyiqi aşağı sala bilər
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu