Pandemiya sona çatır? - Həkim açıqladı

Pandemiya sona çatır? - Həkim açıqladıSon günlər ölkədə virusa yoluxma halları sürətlə artmaqdadır və bu günə qədər olan say yoluxmanın ən pik həddidir.
Milli.Az bildirir ki, mövcud vəziyyətlə bağlı həkim-infeksionist Nəzrin Mustafayevanın publika.az-a müsahibəsini təqdim edirik:
- Ölkədə virusa yoluxma halları 7 min nəfəri ötüb. Səhiyyə ocaqlarının bu xəstələri yerləşdirmək gücü varmı?
- Pandemiyanın ən çətin və həyəcanlı 2 ilini geridə qoymuşuq. Nə dərəcədə uğurlu olduğumuzu Avropa və digər ölkələrlə müqayisə etdiyimizdə görə bilərik. Halbuki, qəfil dünyanı cənginə alan xəstəlik hamı kimi bizi də hazırlıqsız yaxaladı. Amma bu 2 il səhiyyəmiz üçün indiyə qədər heç vaxt olmadığı qədər əhəmiyyətli bir il oldu. Bəlkə də onilliklərlə əldə oluna bilməyən inkişaf belə qısa müddətə sığışdırıldı. Bu, ölkə rəhbərliyinin məsələyə operativ və qayğı ilə yanaşmasının nəticəsidir. Bizim kifayət qədər reanimasiya yerimiz var.
- Xəstələrin ağırlaşma halları müşahidə edilirmi, reanimasiyalarda vəziyyət necədir?
- Bugünkü tarixdə reanimasiyalarda vəziyyəti qənaətbəxş hesab etmək olar. Bildirim ki, reanimasiya çarpayılarının dolma tezliyi gündəlik yoluxma sayının artma tezliyindən bir az geridə qalır. Çünki xəstələrin ağırlaşmaları, hospitalizasiya olunmaları və reanimasiyaya qədər gəlmələri zaman alan prosesdir. Ağırlaşmalar var, müşahidə olunur, hazırda reanimasiyalarda müalicə alan xəstələrimiz çoxdur, təəssüf ki, böyük əksəriyyəti vaksin olunmamış və risk qrupunda olan vətəndaşlardır. Lakin burada da kifayət qədər boş reanimasiya yerlərimiz var. Yəni, bu nöqteyi-nəzərdən biz özümüzü rahat hiss edə bilərik.
- Yaşanan bu halı koronavirusun son çırpınışları hesab etmək olar?
- Bu suallar hər yeni ştam, peyvənd, dərman və s. kimi önəmli hadisələr baş verdikcə jurnalistlər, vətəndaşlar tərəfindən verilir. Hələ 2020-ci ilin mart ayından "pandemiya nə zaman bitəcək?" sualının cavabı qarşısında aciz qaldığımı çox yaxşı xatırlayıram. Təəssüf ki, bu gün də bu sualın cavabı yoxdur, söylənilənlər ehtimallardır. Ştamlar zəifləsə də, peyvəndlər inkişaf etsə də, yeni müalicə üsulları kəşf olunsa da, nəticədə ağır fəsadlara və ölümə yol açan xəstəlikdən danışırıq sizinlə. Xəstələnmə halları müşahidə olunduqca bu vəziyyəti ciddiyə almalıyıq. Nəzərə almaq lazımdır ki, rəsmi rəqəmlərə əsasən, dünyada indiyə qədər 390 minə yaxın insan xəstəliyi keçirib, qeydiyyata düşməyən şəxsləri də nəzərə alsaq, heç 1 milyarda çatmaz deyə düşünürəm.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 3675   Tarix: 04 fevral 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

yay geyimləri 2026 geyim dəbləri sade makiyaj sekilleri paltar modelleri cinsi infeksiyalar uz maskalari şalvar modelləri kosmetika qoğalın nağlı nizami gəncəvi baliq burcu meseller burclerin uyumu