Pasiyent əməliyyat zamanı həkimlərə qorxulu anlar yaşatdı
Əməliyyatdan əvvəl bədəninin bir xüsusiyyəti ilə bağlı həkimləri xəbərdar etməyi unudan pasiyent əməliyyat masasında olarkən həkimlərə qorxulu anlar yaşadıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, "Jecmenn" ləqəbli "Reddit" sosial şəbəkə istifadəçisi özü danışıb.
Onun sözlərinə görə, bədəninin bəzi anesteziya növlərinə davamlı olduğunu bilib, lakin həkimlər anamnez götürəndə bunu qeyd etməyib. Nəticədə əməliyyat otağında əsl həngamə yaşanıb.
O özü əməliyyat zamanı baş verənlər haqqında demək olar ki, heç nə xatırlamadığını söyləyib.
"Sadəcə masadan qalxmaq istədiyim yadımdadır, qalanlarını həkimlər mənə danışıblar. Məni geri qaytarmaq üçün bir neçə nəfər lazım olub", - deyə o bildirib.
Kişinin sözlərinə görə, o ətrafında olan hər şeyi bir-birinə qatıbmış:
"Deyəsən bəzi tibbi avadanlıqları zədələmişəm, hətta tibb bacılarından birini yüngül yaralamışam, özümə də xəsarət yetirmişəm", - deyə kişi həkimlərdən eşitdiklərini danışıb.
"Jecmenn" işçilərin ondan incimədiyini, əksinə bu mövzuda zarafatlaşdıqlarını deyir.
"Ancaq hərəkətimə görə kiminsə yaralandığını bilmək mənim üçün xoşagəlməzdir", - deyə o hisslərini bölüşüb.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Vətən haqqında bayatılar
Arzuolunmaz hamiləlik
Qaravəllilər
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Viktor Uillis vəfat etdi
Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO
Tanınmış rejissor həbs edildi - 11 milyonluq dələduzluq
Həftənin ən populyar 10 türk qadın aktrisasının adı açıqlandı
Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?
Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar