Payızda hansı qida zəhərlənmələri ola bilər? - Mütəxəssis AÇIQLADI

Payızda hansı qida zəhərlənmələri ola bilər? - Mütəxəssis AÇIQLADISentyabr ayının ilk günlərindən başlayaraq qida rasyonumzda bəzi dəyişikliklər etməyə başlayırıq. Xüsusilə havalar bir az soyudusa, balıq, göbələk və konserviləşdirlilmiş məhsulların dequstasiyası önə keçir. Amma belə məqamlarda istehlak etdiyimiz məhsulun yetişdirilməsi, keyfiyyətli emalı, saxlanılma qaydaları unudulur. 
Payızın ilk aylarından başlayaraq da zəhərlənmə halları artır. Çünki dediyimiz kimi, əsil meyvə-tərəvəz sezonu artıq başlayıb.  
Təbii ki, hər meyvə-tərəvəzin fərqli dadı olduğu kimi, zəhərlənmə dərəcəsi də müxtəlifdir.
Milli.Az Bizim.Media-ya istinadən bildirir ki, Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, əgər meyvə-tərəvəz yığılmamışdan 1-2 gün əvvəl dərmandan istifadə olunubsa və dərmanlandıqdan sonra yağış yağmayıbsa, həmçinin alıcı məhsulları təmiz yumayıbsa, zəhərənmə yarana bilər.
"İstənilən halda tərəvəz məhsulu alındıqdan sonra mütləq yuyulmalıdır. Məhsula vizual baxdıqda adətən onun üzərində olan dərmanın izləri görünür. Bu kimi hallara pomidor, lobya və badımcanda daha çox təsadüf olunur. Həmçinin tez yetişdirilən meyvələrin tərkibində nitratların və nitritlərin çox olması bu kimi hallara yol açır. Ən çox acılığa isə yerli istehsal olunan xiyarlarda rast gəlinir
Ümumiyyətlə, xiyar yabanı halda acı olur. Daha sonra sort üzərində işlənərək bu günkü formaya salınıb. Yadda saxlamaq lazımdır ki, təbiətən bütün bitkilərin meyvəsi onun toxumunu qorumaq üçün yaranır. Çünki bitkilərin nəsil artımı məhz toxumla baş verir. Bitkilər təbii olaraq öz zəhərini meyvəyə verir ki, toxuma heç bir zərəri dəyməsin.
Yalnız toxumu yetişən zaman meyvə şirinləşməyə başlayır. Xiyar bəlkə də yeganə tərəvəzdir ki, o tam yetişdiyi zaman istifadəyə yararsız olur. Adətən ölçüsü kiçik və əyriliyi çox olan xiyarlarda acılıq hiss olunurdu, amma indi nadir hallarda bu cür xiyarlara rastlanır. Çünki sort üzərində işlənilərək modifikasiyaya uğradılır".
Pomidorla zəhərlənməyə gəlincə isə ekspertin fikrincə bu əsasən 3 səbəbdən asılı olaraq dəyişir.
1.Sortundan
2.Yetişmə şəraitindən
3.Yetişmə müddətindən
"İstənilən halda əgər şübhə varsa, məhsul laboratoriyaya verilərək yoxlanmalıdır. Bir çox hallarda isə görürük ki, pomidoru yumadan ondan turşu hazırlayırlar və bundan zəhərlənmə baş verir. 
Digər bir məqam odur ki, tərəvəz məhsulları o cümlədən də pomidor axar suda yuyulmalıdır. Çox vaxt insanlar qaba su dolduraraq meyvə tərəvəzi qabada yuyurlar və bu zaman zəhər qabın bir tərəfinə düşür. Məhsulu konseviləşdirəndə birlikdə daxil olub uzun müddət qalır. Açılıb yeyildiyi zaman isə zəhərlənmə yaradır" - deyə ekspert fikirlərini yekunlaşdırıb.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən Bizim.Media-ya verilən məlumata görə son zamanlar tərəvəzlə zəhərlənmələrin sayında xeyli azalma müşahidə olunur. Bu il əsas zəhərlənmə isə çiyələkdən olub. Havalar soyuduqdan sonra qarpızdan da zəhərlənmə arta bilər. Bu həm qarpızın tam yetişməməsi, nitratın çoxluğu, eyni zamanda mədə üşütmələri ilə bağlıdır. 
Balıq və göbələk isə bir ayrı məslədir. Yayda hisə verilmiş balıqlar çox təhlükəlidir, adətən yay ayları balıq mövsümü olmadığından vaxtı keçmiş balıqlar hisə verilir və ya düzgün şəraitdə saxlanılmır. Ona görə də bu iki nemətlə də ehtiyatlı davranmaq lazımdır. Təzəliyinə və keyfiyyətinə əmin olmadığınız məhsullardan maksimum uzaq durmağa çalışın.
Milli.Az

Xəbərlər     Baxılıb: 1002   Tarix: 10 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qaşların formalari geymler 2026 yemek reseptleri makaronlar içkilər ədəbiyyat testləri sağlamlığa aid atalar sözləri kosmetika xanım az kahfe kali atalar sözləri buga burcu bayatılarımızda vətən həsrəti