Payızda kəskinləşən xroniki xəstəliklərdən özümüzü necə qoruyaq?

Payızda kəskinləşən xroniki xəstəliklərdən özümüzü necə qoruyaq?Bir çox xəstəliklərin kəskinləşməsi məhz payız aylarında baş verir. Mütəxəssislərin ehtimalına görə, bunun səbəbi insan orqanizmində bioritmlərin kəskin dəyişilməsi ola bilər.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-terapevt, Mərkəzi Gömrük Hospitalının əməkdaşı Nazilə Xəlilbəyova deyib:  
"Belə ki, payız aylarında günəşli günlərin sayı azalır, gecələr uzanır, günün qısalması səbəbindən insanlar daha tez yatmağa gedir və s. Ümumiyyətlə, payız aylarında insanlar depressiyalara, nevrozlara çox meyilli olurlar. Təbiət və iqlim dəyişmələrinin hər biri orqanizmi stress vəziyyətinə salır. Eyni zamanda, dəyişkən küləkli, yağışlı hava, daim dəyişilən meteoşərait insanlarda stressin inkişafına təkan verir. Stress isə öz növbəsində, immun sistemini zəiflədir. Nəticədə insanda olan xroniki xəstəliklər kəskinləşməyə başılayır. Bu xroniki xəstəliklərə ürək-damar sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri, artrit və artroz, bəzi ginekoloji və uroloji xəstəliklər, psixi pozulmalar aiddir".
Mütəxəssis vurğulayıb ki, ürək-damar xəstələri daim arterial təzyiqlərinə diqqət yetirməli, düzgün qidalanmalı, fiziki gərginlikdən, stressdən uzaq olmalıdırlar. Havanın temperaturunun kəskin aşağı düşməsi, yağışlı, rütubətli hava virus və soyuqdəymə tənəffüs sistemi xəstəliklərinin inkişafına təsir edir. Bu xəstəliklər zamanı isə ilk növbədə bronxlar zədələnir:
"Xəstəliyin ilk simptomlarında həkimə müraciət edin. Müalicədən əlavə insan çoxlu ilıq maye içməlidir ki, bu bronxlardan bəlğəmin çıxmasını asanlaşdırır. İlıq süd, yarıbayarı borjomla qarışdırılmış süd, biyan kökü və gülxətmi kimi otların dəmləmələri, soğan şirəsi çox yaxşı təbii bəlğəmgətirici vasitələrdir.
Payız aylarında həzm sistemi xəstəlikləri (xroniki qastrit, xora xəstəliyi) olan insanları adətən qarının yuxarı hissəsində ağrılar, köp, qıcqırma, ürəkbulanması, qusma kimi simptomlar narahat etməyə başlayır. Mütləq qastroenteroloqa müraciət etmək və lazım olan müalicə almaq lazımdır. Müalicədən əlavə pəhriz də çox önəmlidir".
Həkim qeyd edib ki, qızardılmış, yağlı, duzlu, kəskin qıdalar, turşular, təzə çörək, hisə verilmiş məhsullar, qəhvə, qazlı sular və s. rasiondan çıxarılmalıdır. Az-az və tez-tez qidalanmaq lazımdır ki, mədə birdəfəyə yüklənməsin. Artrit və artrozdan əziyyət çəkən xəstələrdə oynaqda ağrılar, oynağın şişməsi, oynaqda hərəkətliliyin azalması kimi simptomlar meydana çıxır.
Onun sözlərinə görə, profilaktika məqsədi ilə daha isti geyinmək, düzgün qidalanmaq, C vitamini qəbul etmək lazımdır, belə ki, bu vitamin qığırdaq toxumasının bərpasına kömək edir: "Unutmayın ki, bütün sadalanan xəstəliklərdə açıq havada gəzmək, daha çox adi təmiz su içmək, idmanla məşğul olmaq, soyuqdan qorunmaq və düzgün qidalanmaq vacib amillərdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1662   Tarix: 01 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

reseptler qis geyimləri 2026 yaz geyimleri 2026 haxışta bürc uyğunluğu kecellesme paltar olmaq kosmetika qaynana kəlamlar terezi novruz rus dilin nece orenek