Robot ağrıkəsicilər hazırlandı - Toxumanı tapıb sağaldır, sonra da yox olur

Robot ağrıkəsicilər hazırlandı - Toxumanı tapıb sağaldır, sonra da yox olurAlimlər damarlar vasitəsilə üzərək dərman çatdıra bilən və hədəfə çatdıqdan sonra bədəndə həll olaraq yox olan mikro ölçülü robotlar yaradıb, heyvanlar üzərində uğurla test ediblər.
Milli.Az xəbər verir ki, tədqiqatın nəticələri Science jurnalında dərc edilib.
Mikro robotlar qum dənəsi böyüklüyündə jelatin kapsullardan ibarətdir. Kapsulların içində həm müalicə məqsədli dərman, həm də maqnit sahəsi ilə idarə olunmalarına imkan verən dəmir oksid nanohissəcikləri yerləşdirilib.
Tədqiqatçılar klinik maqnit navigasiya sistemi və real vaxt rentgen görüntüləmə texnologiyasından istifadə edərək bu mikro robotları damar quruluşu insanlara bənzəyən donuz və qoyunların beyin damarları içərisində idarə edə biliblər.
Robotlar damarlar vasitəsilə hədəf bölgəyə dərmanı çatdırdıqdan sonra bədəndə öz-özünə həll olaraq tamamilə yox olublar.
Hələ insanlarda sınaqdan keçirilməyən metod mütəxəssislər tərəfindən insult, beyin şişləri və çətin çatılan digər xəstəliklərin müalicəsində əhəmiyyətli irəliləyiş kimi qiymətləndirilir.
Alimlər bildirirlər ki mikro robotlar dərmanı yalnız ehtiyac olan toxumaya çatdırmaqla bədənin digər hissələrində yayılmasını və yan təsirləri xeyli azaldır. Uğurlu araşdırmalar davam edərsə, texnologiyanın 5-10 il ərzində tibbdə istifadəyə veriləcəyi gözlənilir.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1057   Tarix: 27 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, di

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş

Gündəlik həyatda lift əvəzinə pilləkəndən istifadə etmək fiziki aktivliyi artırmağın ən sadə yollarından biri hesab olunur. xəbər verir ki, mütəxəssislərin fikrincə, müntəzəm olaraq pilləkənlə qalxmaq ürək-damar sistemini

.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığ

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

turlar.az

geyim necə seçməli yay geyimləri 2026 gelinlikler praktik cins 2026 kişi dünyası capiq ucun maz kosmetika vetene aid bayatilar dostluq vetene aid bayati qu quşu terezi