Pediatr: Uşağın gec yeriməsindən narahat olmaq lazım deyil

Pediatr: Uşağın gec yeriməsindən narahat olmaq lazım deyilAtalar "Uşaq yıxıla-yıxıla böyüyər" deyiblər. Ona görə də təzə yeriməyə başlayan, uşağın büdrəməsindən, stuldan, divardan tuta-tuta gəzməsindən, hətta bir qədər gec yeriməsindən qətiyyən narahat olmaq lazım deyil.

Əsas odur ki, addım atsın. Addımlar nə vaxtsa yerişə çevriləcək!

Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a müsahibə verərkən deyib: "Uşağı tez yeritməyə çalışmaq onun sümüyündə deformasiyalara səbəb olur. Xüsusilə ağır çəkili uşaqlarda yastıpəncəlik problemi yarana bilər. Onurğada müəyyən əyriliyə, deformasiyaya, kefoz, skolioz, onurğanın önə və arxaya əyilməsi baş verə bilər. Eləcə də vaxtından qabaq ayaq üstə duran və yeriyən uşaqların bud-çanaq oynağında sürtülmələr əmələ gələ bilər".

Həkimin dediyinə görə, 8-9 ayına çatmayan uşaqları nəinki yeritmək, hətta ayaq üstə qoymaq da olmaz. Uşağın tez və ya gec yeriməsi onun ayaq üstə qoyulmasından asılı deyil: "Bəzən bir yaşına çatmış uşaq tam sağlam olmasına baxmayaraq yerimir. Hər bir uşaq orqanizminin yeriməyə hazır olmaq vaxtı var. Orqanizm yeriməyə hazırdırsa, uşaq özü qalxıb yeriyəcək. Uşaq təxminən 10-11 aylığından addım atmağa başlayır və təxminən 1 yaşında heç yerdən tutmadan bir neçə addım atır".

Həmin proses 1 yaş 8 aylığına qədər davam edə bilər. Əgər uşaq 2 yaşı tamam olmasına baxmayaraq yerimirsə, bu, tibdə patologiya sayılır. Nevroloq və ya pediatr onun səbəblərini aşkar etməlidir. Bəzən doqquz aylıq uşaqların yeriməsi onda əzələ qıcıqlanmasının yüksək olması, sümüklərin inkişafı və genetik səbəblərlə əlaqədardır. Əzələ hissiyyatı olan uşaqlar tez ayaq üstə dayanır, lakin ayaqlarını tam yerə qoymur və barmaq uclarında dayanır. Gimnastik hərəkətlər və masajla həmin halı aradan qaldırmaq mümkündür.

Ailə və Uşaq     Baxılıb: 2252   Tarix: 30 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

turlar.az

həkim məsləhəti geyim necə seçməli gelinlikler şorba reseptləri frans subert haqqinda qış tədarükü salatlar qadın məsləhətxanaları kosmetika xərçəng bürcü öpüşme sac duzumleri xocali haxisdalar