Pediatrdan xəbərdarlıq: O cür öskürən uşaq xəstəxanada yatmalıdır

Pediatrdan xəbərdarlıq: O cür öskürən uşaq xəstəxanada yatmalıdırSon zamanlar uşaqlar arasında öskürək, ürəkbulanma, qızdırma halları çox artıb.
Hətta uşaq müalicə olunsa belə, xəstəlik tamamilə sağalmır, mütəmadi olaraq təkrarlanır. Uşaqlarda daimi burun axması, öskürək müşahidə olunur. Bu isə təbii ki, valideynlərdə narahatlıq yaradır, onları təşvişə düşürür. Bəs nə üçün xəstəlik bu qədər uzun sürür və bunun uşağın səhhəti üçün hansısa təhlükəsi varmı? Keçib getmək bilməyən xəstəlikdən qorunmaq üçün nə etmək lazımdır? Ailem.az pediatr Günay Rəsulovanın bununla bağlı fikirlərini diqqətinizə çatdırır.
Həkim deyir ki, mövsümün çox uzanmış, inadlı və keçmək bilməyən öskürəkləri göy öskürək və ya göy öskürəyə bənzər sindromlardır: Yüksək qızdırma, əsasən gecə saatlarında olan uzanmış boğucu öskürəklər, ardınca öyümə, qusma ilə gedən və bəzən aylarla davam edən bezdirici öskürəklər çox yayılıb. Müraciət edən xəstələr çox vaxt bir neçə həkim qəbulunda olub müalicə aldıqlarını, lakin effekt görmədiklərini deyirlər. İlk cümlələri də "ən yaxşı həkimlər baxıb, amma sağalda bilməyiblər" olur. Məsələ orasındadır ki, bu infeksiyaların gedişatına təsir etmək onsuz da mümkün olmur. Müalicə yalnız və yalnız xəstəni ağırlaşmalardan qorumaq və simptomları mümkün qədər yüngülləşdirməkdən ibarətdir. Aparılan müalicələrə baxmayaraq, xəstəlik öz müddətini başa vurmamış simptomlar, əsasən də valideyni çox həyəcanlandıran boğulma və qusma ilə gedən gecə öskürəkləri çox, bəzən 4-6 aya qədər uzana bilir və tədricən keçir".
Pediatr qeyd edir ki, belə uşaqlar mütləq həkim nəzarətində olmalı, körpələrə isə stasionar nəzarət də lazım gələ bilər. Valideynlər isə bu durumda mümkün olduqca təmkinli olmalıdır. Bununla yanaşı xəstəlikdən qorunmaq üçün profilaktik peyvəndləri vaxtında etdirmək, xəstə ilə təmasdan uşaqları uzaq tutmaq lazımdır: "Həkim uşağı müayinə edib xəstəxanada yatmağa göstəriş verirsə, valideynin təşviş və ürəyində şübhə dolu baxışlarla ilk sualı bu olur - yatmadan müalicə olmazmı?. Elə hallar var ki, evdə müalicə olmaz. Bəs hansı halda uşaq mütləq xəstəxanada yataraq müalicə almalıdır, evdə yox? Əgər öskürən uşaqda pnevmoniya - ağciyərlərin iltihabı həm klinik, həm də obyektiv müayinə-rentgen ilə təsdiqlənmişsə və bəzi kriterlərə uyğundursa, uşaq müalicəni yataraq almalıdır".
Həkim aşağıdakı hallarda öskürən uşağın xəstəxanada yatmasının vacibliyini vurğulayır:
- Uşaq 2 aydan balacadırsa və pnevmoniyası varsa, mütləq yatızdırılmalıdır.
2 aydan yuxarı yaşı olan uşaqlar isə aşağıdakı hallarda yatızdırılmalıdır:
- Nəfəs almaqda çətinlik çəkirsə
- Taxipnoe varsa (südəmər uşaqda tənəffüs sayı dəqiqədə 70-dən çoxdursa, böyük uşaq dəqiqədə 50-dən çoxdursa)
- Hipoksemiyası varsa (SpO2 92% aşağıdırsa)
- Şüur pozğunluğu varsa
- Uşaq ağızdan qidalana bilmirsə
- Uşaqda yanaşı olaraq susuzlaşma, önəmli miqdarda qusma varsa
- Uşaqda toksik görünüm varsa
- İçmə antibiotiklərlə effekt alınmamışsa, evə yazılmış müalicədən effekt alınmamışsa
- Ağciyər qrafisində ağciyərin 1 neçə payında iltihab varsa, geniş atelektaz, abses, pnevmotosel, plevrada maye varsa
- Sürətli radioloji pisləşmə varsa
- Müalicə uyumsuzluğu (Ana-atanın müalicəyə uymaması)
- Sosial göstəriş (Ailənin evdə uşağa baxma şəraitinin yetərsiz olması)
G.Rəsulova deyir ki, yuxarıda sadalanan hallar xaric, öskürən uşaq evdə müalicə edilə bilər: "Amma bir məqamı unutmaq olmaz - uşaq mütləq evdə olmalıdır, bağçada yox. Resept və dərmanlarla müalicə alan uşaqları bağçalara göndərməyin. Bu, uşağın ağırlaşma ehtimalını daha çox artırır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1175   Tarix: 19 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

makiyaj etmek qaydalari yemek reseptleri həkim məsləhəti zərdəçal ciy kartofun faydasi 1 hefteye 5 kq ariqlamaq qripdən necə qorunmalı kosmetika bayatılarımızda vətən həsrəti bayati haxisda vətən xərçəng bürcü