Pəhriz immunitetin aşağı düşməsinə və koronavirusa yoluxmağa səbəb olmur

Pəhriz immunitetin aşağı düşməsinə və koronavirusa yoluxmağa səbəb olmurBalanslaşdırılmış pəhriz menyusu boy, çəki və yaşa uyğun olaraq tərtib edilməlidir. Pəhriz düzgün saxlanılarsa, orqanizmin maddələr mübadiləsi də normal olar. Pəhriz müddətində əzələ kütləsinin deyil, yağ toxumalarının parçalanmasına çalışmaq lazımdır. Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə pəhriz saxlamaq mümkündür, çünki pəhriz immunitetin aşağı düşməsinə və virusa tez yoluxmağa səbəb olmur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri həkim-diyetoloq Məlahət Kərimova deyib.
Həkimin sözlərinə görə, pəhriz saxlayarkən tamamilə ac qalmaq olmaz: "Sutkada porsiya az olmaqla, üç dəfədən çox qidalanmaq lazımdır. Yəni, üç dəfə əsas qida qəbulundan əlavə üç dəfə də qəlyanaltı qəbul etmək məsləhətdir. Qəlyanaltı zamanı qoz, fındıq, qara gavalı, kişmiş qəbul edilməlidir. Bağırsaqları hərəkətləndirəcək və immun sistemini gücləndirəcək meyvə-tərəvəzlərə üstünlük verilməlidir. Həmçinin kifayət qədər maye qəbul etmək lazımdır. Suyun tərkibinə limon, darçın və zəncəfil əlavə edərək mayeni immun sistemi üçün daha yararlı etmək mümkündür".
M.Kərimova deyir ki, mədə-bağırsaq sistemi normal çalışdıqda immun sistemi güclü olur: "Bunun üçün axşam yatmazdan əvvəl qatıq və ya kətan toxumu qəbul etmək lazımdır. Onu da qeyd edim ki, immun sistemini şirniyyatla gücləndirmək fikri doğru deyil. Pəhriz zamanı idmanla məşğul olmaq da arıqlamağa müsbət təsir edə bilər. Həmçinin pəhriz dövründə gündəlik 7-8 saat yatmaq çox önəmlidir. Bir sözlə, pəhriz virus infeksiyalarına tez yoluxmağa şərait yaratmır. Pəhrizin əsas məqsədi orqanizmdəki maddələr mübadiləsini tənzimləməkdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1036   Tarix: 01 noyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qis geyimləri 2026 aksessuarlar hamiləlik elme aid atalar sozleri pol breqq cantalar 2026 masqalar kosmetika seksler maya maskasi veten haqqinda atalar sozu klitor nizami gəncəvi