Pəhriz zamanı ürəyimiz niyə yemək istəyir?

Pəhriz zamanı ürəyimiz niyə yemək istəyir?Pəhriz saxlamağa qərar verdikdən sonra ilk iki həftə hər şey yolunda gedir. Lakin daha sonra hər şey dəyişir. Əvvəl yediyiniz yeməkləri düşünməyə başlayırsınız.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu heç də hər zaman aclıq hissinin olmasından qaynaqlanmır. Yeməyə olan düşüncəniz iradənizi zəiflədir və o qidanı yemədən özünüzü tox hiss etməyəcəyinizi düşünürsünüz.
Beynin müəyyən hissələri qida istəklərindən məsuldur. Leptin və serotonin kimi hormonlardakı balanssızlıqlar müəyyən qidalara olan istək kimi özünü göstərə bilər.
Pəhrizdən əvvəl bəzi şeyləri yedikdən sonra bədəndə endorfin ifraz olunur, bu da fərqində olmadan ona qarşı aludəlik yaradır.
Hansı qidaları nə üçün yemək istəyirik?
Şokolad - maqnezium çatışmazlığı:
Kakaonun tərkibində yüksək miqdarda maqnezium var. Qadınların aylıq tsikl vaxtında yaşadıqları maqnezium çatışmazlığı onları şokolad yeməyə təşviq edir. Bunu badam, qoz, fındıq, yerfıstığı yeyərək bədənin tələbatını ödəyə bilərsiniz.
Ət və ətli qidalar - dəmir çatışmazlığı:
Bu bizi ət yeməyə sövq edir. Pəhriz proqramından çıxardığınız bu qidanı ispanaq və kələm ilə əvəzləyə bilərsiniz.
Pendir və pendirdən hazırlanan yeməklər - omeqa 3 yağ turşusu azlığı:
Yağlı pendir növlərini, tost və pizza kimi karbohidratları qızılbalıq, kətan toxumu və qozla əvəzləyə bilərsiniz. Eyni zamanda, pendir kalsium və fosfor çatışmazlığından da xəbər verir. Bunun üçün süd, yumurta və banan yaxşı alternativdir.
Duzlu qəlyanaltılar - duz və ya su çatışmazlığı:
Bədənin natrium çatışmazlığını fındıq, fıstıq, qoz, kərəviz, yerkökü kimi qidalarla təmin edə bilərsiniz. Balıq yemək də yaxşı bir haldir. Bundan əlavə, duzlu bir şey yemək istəyi sudan da qaynaqlana bilər. Çünki duz bədəndə suyu saxlayır. Bədəndəki su azalıbsa, duzu saxlayacaq su da azalıb. Yeganə çıxış yolu su içməkdir.
Şəkər:
Karbohidratlar istehlak edən insanlar şəkər böhranı yaşayır. Qan şəkəri yüksəlir, insulin ifrazı artır və qısa müddətdən sonra azalır. İnsulin azalan kimi şəkər aclığı yenidən başlayır. Bu böhran vəziyyətini meyvə ilə aradan qaldıra bilərsiniz. Meyvəni yağlı toxumla və ya süd məhsulları ilə əvəzləmək də olar. Bu qan şəkərini daha uzun müddət balansda saxlamağa kömək edəcəkdir.
Xəmir xörəklər - protein və yağ azlığı:
Qırmızı və ağ ət, paxlalılar, süd, qatıq, balqabaq tumları kimi protein tərkibli qidalardan salat hazırlayıb üzərinə zeytun yağı əlavə edin. Bu bədənin protein və yağ tələbatını ödəyəcək.
Süd və süd məhsulları - kalsium çatışmazlığı:
Süd içmək istəyi stressli dövrlərdə də yarana bilər. Bu təbii amin turşusu olan triptofan çatışmazlığının göstəricisidir.
Acılı, ədviyyatlı qidalar - tiroid balansının pozulması və ya kükürd çatışmazlığı:
Qalxanvari vəzi tarazlaşdırmaq üçün qatıq, qızılbalıq, kokos yağı, qəhvəyi düyü, lobya, yumurta və balıq yeyə bilərsiniz. Soğan və sarımsaqdan başqa kükürd, yerkökü, kərəviz, turp əvəzinə kartof, kahı, cəfəri, çiyələk, banan və yumurta tövsiyə olunur.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1244   Tarix: 08 may 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

aksessuarlar geyim dəbləri geymler 2026 kokteyl paltarlari yeməklər ailə psixoloqiyası xinayaxdi hakista kosmetika hakista şəhid dolca gözellik qaynana