Pərviz Dominikanı tərk etdi - Bu gün Bakıda olacaq
Türkiyənin "TV8" telekanalında yayımlanan "Survivor" realiti-şousunu tərk edən həmyerlimiz, "Kobra" ləqəbi ilə tanınan kikboksinq üzrə altıqat dünya çempionu Pərviz Abdullayev 3 aydan sonra Dominikandan İstanbula gəlib.
Open.az xəbər verir ki, bununla bağlı Pərviz sosial şəbəkə hesabından paylaşımlar edib. Azərbaycanlı idmançı təyyarədən çəkdiyi fotolarını təqibçilərinin ixtiyarına verib.
Qeyd edək ki, Pərviz bu gün xüsusi çarter reysi ilə İstanbuldan Bakıya yola düşəcək.
Xatırladaq ki, təxminən bir ay əvvəl Pərviz Abdullayev kifayət qədər SMS toplamayıb yarışı tərk etsə də, COVİD-19 epidemiyasına görə ölkələrin sərhədlərinin bağlı olması ilə əlaqədar ailəsinin yanına dönə bilmirdi. (Milli.Az)









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür